veten informasiya agentliyi

Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı

Tarix:9-10-2023, 12:19
Baxış Sayı:118

Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı


Bu gün Azərbaycana Heydər Əliyev yolunun, onun siyasi irsinin layiqli davamçısı İlham Əliyev başçılıq edir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu işində çox böyük addımlar atılmışdır və bu addımlar bu gün bizim uğurlu siyasətimizi əks etdirir. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciət edərək demişdir: “Mən inanıram ki, mənim sona kimi başa çatdıra bilmədiyim taleyüklü məsələləri, planları İlham Əliyev sizin dəstəyiniz və köməyinizlə axıra qədər başa çatdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” Dahi siyasətçi və uzaqgörən ulu öndərimiz əmin idi ki, onun davamçıları onun yolu ilə gedərək Azərbaycanı ondan sonra da uğurla idarə edə bilərlər.

2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevə böyük etimad və dəstək göstərərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Möhtərəm Prezident öz fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının etimadını doğrultdu və təbii olaraq qarşısında duran taleyüklü məsələləri həll etdi, o, fəaliyyətə başlayarkən seçicilərinin qarşısında verdiyi hər bir vədi bu gün artıq yerinə yitirib.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı təhsil, həmin institutda pedoqoji fəaliyyət zamanı toplanan nəzəri biliklər, müstəqil Azərbaycanın neft sektorunda, Yeni Azərbaycan Partiyasında, Milli Olimpiya Komitəsində, Avropa Şurasında praktik fəaliyyət nəticəsində formalaşan siyasi əsaslar artıq ali dövlət postunda tətbiq olunmalı idi. Prezident İlham Əliyevin milli maraqlara söykənən daxili və xarici siyasəti, seçki qabağı təşviqat kompaniyası dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadəsi qısa müddətdə ona xalq arasında geniş populyarlıq, inam və etibar qazandırdı. Dövlət başçısı mühüm hədəflərə çatmaq üçün ilk növbədə ölkəmizin təbii sərvətlərini, insan potensialını və ən önəmlisi də xalqın iradəsini əsas götürdü: “Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq”.

Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmləndirib, ölkəmizin dostlarının sayı çoxalıb. Xarici siyasətdə dostluq və qarşılıqlı etimad prinsiplərinə söykənən Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bu özünü ölkəmizin BMT təhlükəsizlik şurasının qeyri daimi üzvü seçilməsində, qarşıdakı illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsində də göstərdi. Prezident İlham Əliyev Azərbaycanı Avropanın enerji təhlükəsizliyində mühüm faktora çevirib. Ölkəmiz artıq Cənub Qaz Dəhlizi və TANAP layihəsinin icrasında aparıcı ölkədir. Azəri, Çıraq və Günəşli yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin imzalanması isə Azəbaycanın dünya enerji sənayesində həlledici faktor olduğunu bir daha təsdiqləyir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədi ilə regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramı qəbul olunub. İqtisadiyyatın ümumi artım tempi qeyri neft sektorunun, sənaye istehsalının və qeyri neft ixracının dəfələrlə artmasına gətirib çıxardı.

Ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi yolunda geniş miqyaslı layihələr icra olunub. İşsizliyin və yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb. Ökəmizin elektrik enerjisi potensialı xeyli artıb. 30 elektrik stansiyası tikilib. Ölkə üzrə təbii qaz təchizatı 95 faizə yüksəlib. 15000 km-dən çox uzunluğu olan beynəlxalq standartlara uyğun avtomobil yolları salınıb. Azərbaycan beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işləri başa çatdırıb. Bakını Xəzər hövzəsində müasir logistika və nəqliyyat mərkəzinə çevrilməyə imkan verən Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi tikilib. Bakı gəmiqayırma zavodu işə düşüb. Müstəqillik Dövrünün ən böyük layihlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu da uğurla istifadəyə verilib. Bu illər ərzində ölkəmizin hər sahəsinə böyük diqqət və qayğı göstərilib, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər həyata keçirilib. Dövlətimizin dünyada olan nüfuzu ildən ilə artıb.

Dünyanın ən güclü 50 ordusundan birini yaradan prezident İham Əliyev silahlı qüvvələrin döyüş qabiliyyətinin, texnki təchizatının yüksək səviyyədə qurulmasında mühüm rol oynayıb. Ölkədə güclü hərbi sənaye kompleksi yaradılıb. Dövlət başçısının fəaliyyəti sayəsində beynəlxalq aləmdə bir əminlik yaranıb ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt razı olmayacaq.

İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.

İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir. Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan xalqının əsas taleyüklü məsələsi 2020-ci ildə həll olundu. 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək böyük bir zəfər tarixi yazdı, Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. 44 günlük Vətən Mühribəsinin hər günü tarix yazılıb, biz haqq yolunda apardığımız mübarizədə qalib gəldik. Bu qələbə sevincini bizə yaşadan müzəffər Ali Baş Komandanımız, şəhidlərimiz, qazilərimiz, ordumuz oldu. Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə onlarla müsahibələr vermsini, ermənipərəst jurnalistlərin təxribat dolu suallarına tarixi faktlar və dəlillərlə cavablandırmasını xüsusi vurğulamaq lazımdır.

Bu gün artıq ölkəmizin qarşısında yeni hədəflər dayanıb. İşğaldan azad olunmuş ərazilərdə misilsiz nəhəng yenidənqurma işləri aparılılr, abadlıq, quruculuq işləri gedir. Bu gün işğaldan azad olunmuş ərazilərdə ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən cənab prezidentin tapşırığına əsasən misilsiz işlər görülüb. Bizim dövlətimiz regionda lider olan ölkədir. Bizim iqtisadiyyatımız, güclü ordumuz, qüdrətli və ən nəhayət güclü liderimiz var. Azərbaycan xalq bundan sonra da təməli ulu öndər tərəfindən qoyulmuş siyasətə dəstək verərək müzəffər ali baş komandanın ətrafında daha da sıx birləşəcək, yeni hədəf və nailiyyətərə doğru irəliləyəcək.

Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı


Aytən Xələfova, həkim - nevroloq

VI sinif şagirdlərinə sınaq məqsədilə monitorinq təşkil olunub
VI sinif şagirdlərinə sınaq məqsədilə monitorinq təşkil olunub
Birinci sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzi yaradılıb
Birinci sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzi yaradılıb
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
“Füzuli dünyası” adlı intellektual bilik yarışı təşkil olunub
“Füzuli dünyası” adlı intellektual bilik yarışı təşkil olunub
Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir
Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir
51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb
51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb
"Korrupsiyadan azad mühit və şəffaflıq" mövzusunda maarifləndirici seminar keçirilib
İsmayıllıda akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub
İsmayıllıda akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub