veten informasiya agentliyi

Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi Qrupunun III iclası keçirilib

Tarix:26-09-2023, 12:58
Baxış Sayı:71

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib. İclasda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısına son hazırlıq işləri, təşkilata üzv ölkələr arasında aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub.
İclası giriş sözü ilə açan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Bakıda keçiriləcək TDT Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası və Türk Aqro Biznes Forumunun üzv dövlətlər arasında mühüm platforma rolunu oynayacağını, bu platformanın qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın yeni perspektivli forma və istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb. Aparat rəhbəri əlavə edib ki, Ermənistanın 30 illik işğal siyasətinə son qoyulması regionda yeni layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azad Cəfərli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə dağıdılaraq məhv edilmiş aqrar fəaliyyətin yenidən bərpası və inkişafı əsas hədəflərdəndir.
Tədbirdə çıxış edən TDT Baş katibinin müavini Ömər Kocaman aqrar sahənin TDT ölkələri arasında əməkdaşlıq üçün strateji sahələrdən olduğunu və mövcud imkanlardan faydalanmağın vacib olduğunu diqqətə çatdırıb.
İşçi Qrupun üzvləri TDT-nin kənd təsərrüfatı üzrə İşçi Qrupunun 2-ci iclasının nəticələri, İşçi Qrupun nəzdində yaradılan alt işçi qrupların fəaliyyət planlarını müzakirə ediblər.
Toplantıda Macarıstan və Türkiyədə təşkil olunacaq təlim proqramları və seminarların mövzuları, fövqəladə hallar zamanı ərzaq təchizatını təmin etmək üçün regional ərzaq təhlükəsizliyi ehtiyatı sisteminin yaradılması imkanları, aqrar sahədə konkret layihələrin müəyyənləşdirilməsi və icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İşçi Qrupun iclasında Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsinin layihəsi də müzakirə olunub.
İştirakçılar Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin III iclasının və kənd təsərrüfatı üzrə İşçi Qrupunun 4-cü iclasının tarixi və yeri barədə ilkin razılığa gəliblər.
Həmçinin, tədbirdə TDT-nin nəzdində yaradılan Quraqlığın Qarşısının Alınması İnstitutunun ilk iclası haqqında Katibliyin hesabatı dinlənilib, Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA), Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) su resurslarının və suvarma sistemlərinin idarə edilməsi, kənd təsərrüfatı və mühəndisliyin inkişafı proqramları, TDT ölkələrinin müvafiq qurumları arasında əməkdaşlıq imkanları ilə bağlı təqdimat keçirilib.
Qeyd edək ki, sabah Bakıda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı və II Türk Dövlətləri Aqrobiznes Forumu keçiriləcək.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb