veten informasiya agentliyi

Özbəkistanda Şuşaya həsr olunmuş poçt markası buraxılıb

Tarix:14-09-2023, 09:35
Baxış Sayı:66

Özbəkistanda Şuşaya həsr olunmuş poçt markası buraxılıb

Özbəkistanın paytaxtı Daşkənddə 2023-cü ildə Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə “Ozarbayjonning qadimiy Shusha shahri Turkiy dunyoning madaniy poytaxti” adlı xüsusi poçt markası buraxılıb.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Özbəkistanın müvafiq dövlət qurumlarının dəstəyi nəticəsində ərsəyə gəlmiş “Azərbaycanın qədim Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı” adlı poçt markasının Özbəkistan Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə tutulub.

Xüsusi dizaynla hazırlanmış poçt markasının üzərində Şuşa qalası, Azərbaycan bayrağı, Qarabağın tacı olan Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, əslən şuşalı olan Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, milli musiqi alətlərimiz (qaval, tar, kaman), Qarabağın, Şuşanın və qazanılan Zəfərin rəmzi olan “Xarıbülbül” çiçəyi təsvir olunub.

Qeyd edək ki, Daşkənddə və Bakıda təqdimat mərasimlərinin keçiriləcəyi poçt markası hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə, eləcə də muzeylərinə göndəriləcək.

Xatırladaq ki, TÜRKSOY tərəfindən Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar bu il Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzi bir neçə layihə həyata keçirib. Bu layihələrə “Şuşa günləri” (Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, iki ölkənin Mədəniyyət nNazirlikləri ilə birgə) tədbiri, Wikipedia-da özbək dilində Şuşa haqqında bölmələrin yaradılması, Özbəkistan KİV nümayəndələrinin Qarabağa – Şuşaya media-turlarının təşkil edilməsi daxil olub. Yaxın zamanda isə bir neçə dildə Şuşaya həsr olunmuş ensiklopedik kitab çap olunacaq.

VI sinif şagirdlərinə sınaq məqsədilə monitorinq təşkil olunub
VI sinif şagirdlərinə sınaq məqsədilə monitorinq təşkil olunub
Birinci sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzi yaradılıb
Birinci sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzi yaradılıb
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
“Füzuli dünyası” adlı intellektual bilik yarışı təşkil olunub
“Füzuli dünyası” adlı intellektual bilik yarışı təşkil olunub
Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir
Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir
51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb
51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb
"Korrupsiyadan azad mühit və şəffaflıq" mövzusunda maarifləndirici seminar keçirilib
İsmayıllıda akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub
İsmayıllıda akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub