*Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində* avqustun 1-də rayon ərazisindəki evlərdən birinin girişindən skuter oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Kənan Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.