veten informasiya agentliyi

Amerikalı jurnalist ABŞ Konqresini antisemitizmdən uzaq və Qərbin əsl dostu olan Azərbaycanın maraqlarını dəstəkləməyə dəvət edib

Tarix:21-07-2023, 19:20
Baxış Sayı:103

Amerikalı jurnalist ABŞ Konqresini antisemitizmdən uzaq və Qərbin əsl dostu olan Azərbaycanın maraqlarını dəstəkləməyə dəvət edib

ABŞ-ın https://newsblaze.com xəbər portalında “Azərbaycan haqqında təbliğatı yox, həqiqəti tapın” sərlövhəli məqalə yayımlanıb.
ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, jurnalist Nurit Qringerin qələmə aldığı məqalədə Azərbaycanın müstəqil dövlət kimi keçdiyi son 30 ilə nəzər salınıb. Müəllif Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 30 ilə yaxın müddət ərzində işğalda saxlandığı, Azərbaycanın 2020-ci ilin payızında Qarabağın işğaldan azad edilməsinə nail olduğu, etibarlı və misilsiz tərəfdaş olan dövlətimizin NATO ilə əməkdaşlıq əlaqələri, Türkiyə, ABŞ və İsraillə strateji əməkdaşlıq münasibətləri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikan, İtaliya, Fransa və Almaniyadakı dini, tarixi və mədəni abidələrin bərpa işlərini həyata keçirməsi, Azərbaycan diasporunun fəaliyyəti və sair faktlara diqqəti cəlb edib.
Multikultural və tolerantlıq dəyərlərinə malik, Avropadakı bir sıra NATO üzvü olan ölkələrə təbii qaz tədarükü edən, NATO-nun Əfqanıstandakı missiyasına töhfələr verən Azərbaycanın maraqlarının müdafiəsinin önəmli olduğunu vurğulayan müəllif nəzərə çatdırıb ki, ABŞ Konqresi, Amerika yəhudiləri və xristianlar mütləq Azərbaycanı dəstəkləməlidir.
“Amerika NATO-nun üzvüdür, ona görə də amerikalılar Azərbaycanı dəstəkləməlidir. ABŞ Konqresi üzvlərinin erməni lobbisindən aldıqları lobbiçilik vəsaitləri olmadan necə yaşamağı öyrənmələrinin vaxtı çatıb. Azərbaycanı tənqid etmək və ya sadəcə, ona məhəl qoymamaq əvəzinə, ABŞ Konqresi Azərbaycanı və onun Qərbə faydalarını öyrənməlidir. Konqres antisemitizmdən uzaq Azərbaycana diqqət yetirməlidir”, - deyə N.Qringer vurğulayıb.
Onun fikrincə, Azərbaycanın hüdudlarından kənarda – xaricdə yaşayan və Azərbaycan diasporunu təşkil edən azərbaycanlılar tarixi vətənlərinin imicini müsbətə doğru dəyişmək məsələsində xariqələr yarada bilərlər.
Jurnalist dünyanın hər yerində Azərbaycanın mövcudluğunu qaralayan Ermənistan lobbiçilərindən qaynaqlanan zəhərli düşmənliyi milli bəla adlandırıb: “İndi vəziyyətdə dönüş yaratmaq, Ermənistanın bu illər ərzində Azərbaycan haqqında yaydığı neqativ fikri dəyişmək üçün münasib vaxtdır. Qərbin əsl dostu olan Azərbaycanın imicini müsbətə çevirməyin vaxtıdır”.
Müəllif bildirib ki, ermənilərin bütün dünyada yolverilməz davranışına və əngəllərinə baxmayaraq, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri və jurnalist kimi Azərbaycan maraqlarının müdafiəsini davam etdirəcək, çünki həqiqət hər zaman qalib gəlir: “Tezliklə Azərbaycan bütün dünyada tanınacaq və Azərbaycanın əsl hekayəsini danışmaq üçün daha çox insan mənə qoşulacaq”.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://newsblaze.com/world/eurasia/truth-not-propaganda-about-azerbaijan_191984/

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
X-XI sinif şagirdləri ilə görüşüblər
X-XI sinif şagirdləri ilə görüşüblər
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
"Füzuli dünyası" adlı tədbir keçirilib
46 məktəblimiz Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb
46 məktəblimiz Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb