İyulun 17-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini olan bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
*Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 29 yaşlı Mansur Əliyev Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.*
*Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.*