veten informasiya agentliyi

Dövlət Sosial Müdafiə Fondu daha bir Mükəmməllik Sertifikatı ilə təltif edildi

Tarix:6-07-2023, 15:09
Baxış Sayı:128

Dövlət Sosial Müdafiə Fondu daha bir Mükəmməllik Sertifikatı ilə təltif edildi
Dövlət Sosial Müdafiə Fondu daha bir Mükəmməllik Sertifikatı ilə təltif edildi
Dövlət Sosial Müdafiə Fondu daha bir Mükəmməllik Sertifikatı ilə təltif edildi
Dövlət Sosial Müdafiə Fondu daha bir Mükəmməllik Sertifikatı ilə təltif edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) daha bir Mükəmməllik Sertifikatı ilə təltif edilib.

BSTA-nın Cenevrədə (İsveçrə) keçirilən 127-ci iclasında təmsil olunan DSMF bu dəfə “Sosial təminat sistemində nöqsan və kənarlaşmaların, saxtakarlıq hallarının qarşısının alınması” meyarı üzrə həmin Təşkilatın Mükəmməllik Sertifikatı ilə təltif olunub. Mükafat BSTA-nın prezidenti Məhəmməd Azman və Baş katibi Marselo Kaetano tərəfindən Fondun rəsmisinə təqdim edilib.

Sertifikat sosial təminat sistemində nöqsan və kənarlaşmaların, saxtakarlıq hallarının qarşısının alınması, bu istiqamətdə görülmüş işlərin nəticələri barədə ictimaiyyətin məlumatlandırılması, sosial sığorta sistemi iştirakçılarının hüquqlarının təmin olunması və sosial sığorta vəsaitlərinin təyinata uyğun istifadəsi, sosial ödənişlərin vaxtında və kənar müdaxilələr olmadan həyata keçirilməsi sahəsində Fondun fəaliyyətinin beynəlxalq tələblərə uyğunluğunun göstəricisidir.

Qeyd edək ki, DSMF-də son illər aparılan islahatlar beynəlxalq səviyyədə maraqla qarşılanaraq yüksək qiymət alır. Bunun göstəricisi olaraq, DSMF keçən il və bu ilin ötən dövründə 11 beynəlxalq mükafatla (Böyük Britaniyada keçirilən müsabiqələrdə “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” və “Sosial təminat sahəsində islahata görə Mükəmməllik Sertifikatı, 2023-cü ilin Qalibi” ali mükafatları, BSTA-nın mükafatı və 3 Mükəmməllik Sertifikatı, Malayziyada keçirilən beynəlxalq müsabiqədə 1 Qızıl, 2 Xüsusi Mükafat və s.) ilə təltif olunub.

Biləsuvarda keçirilən ardıcıl əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisinə narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb
Biləsuvarda keçirilən ardıcıl əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisinə narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb
Axtarışda olan şəxs saxlanılıb
Axtarışda olan şəxs saxlanılıb
Oğurluq
Oğurluq
DİN HESABAT
DİN HESABAT
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Günay Əliyeva: Bronxial astma zamanı mühüm aspektlərdən biri həkim nəzarətidir
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Günay Əliyeva: Bronxial astma zamanı mühüm aspektlərdən biri həkim nəzarətidir
Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT