İyunun 13-də Biləcəri qəsəbəsi ərazisində bir qadının 110 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
*Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən* Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Paşayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.