*Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində* iyunun 5-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.
Araşdırma aparılır.