Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 830 manat dəyərində siqaret, spirtli içki və gigiyenik vasitənin oğurlanması barədə polisə məlumat daxil olub.
*Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən* Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Kənan Qarayev müəyyən olunaraq saxlanılıb.
*Araşdırmalarla onun Abşeron rayonunun Saray qəsəbəsində daha iki marketdən* 1560 manat dəyərində tütün məmulatı, ətirlər və 1960 manat dəyərində qeyri-qida məhsulları oğurlaması da müəyyən olunub.