VI qrant müsabiqəsinin “Məktəb layihələri” kateqoriyası üzrə qalib olmuş, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin təqdim etdiyi və qalib olduğu "Daha az stress yaşayaraq, daha yaxşı öyrənin"- riyaziyyatı Briliant.orq-la öyrənək" layihəsi uğurla icra edilmişdir..
Layihənin icra prosesindən söz açan layihənin rəbəri, 27 nömrəli məktəbin direktoru Könül Həsənovanın fikrincə, III-IV siniflərdə riyaziyyatın tədrisi zamanı dünyaca məşhur Briliant.orq saytının imkanlarından istifadənin çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb. O, bildirib ki, təqdim olunan layihənin məqsədi riyaziyyat fənnini beynəlxalq aləmdə qəbul olunmuş elektron resursların tətbiqi ilə daha motivasiyalı, müstəqil öyrənmə mühiti vasitəsi tədrisinin təşkilinə nail olmaqdır. Briliant.orq saytının təklif etdiyi riyaziyyat sahəsində təməl biliklər, kompüter mühəndisliyi, məntiqin əsasları, data elmi, mühəndislik, statistika və maliyyə kimi bölmələr şagirdlərin ümumi dünyagörüşünü artıracaq, zəngin təcrübə və biliklər qazanmış olcaqlar. Layihə vasitəsi ilə saytın geniş imkanlarından yalnız riyaziyyat fənninin tədrisi üçün dərs prosesi və ya dərsdənkənar məşgələ zamanı istifadə nəzərdə tutulsa da, şagirdlər dərsdən sonrakı vaxtlarında saytın digər bölmələrində təklif olunan materiallardan da istifadə edə biləcəklər. Qeyd edək ki, sayt tətbiqini təmin etmək məqsədilə planşetlər alınıb və şagirdlərin həftədə iki dəfə olmaqla dərsdənkənar məşgələlərə cəlb olunmuşdur.
Layihədə təlimçi kimi fəaliyyət göstərən Aytac Nəcəfova şagirdlərlə yeni tədris resurslarının tətbiqinin maraqlı olduğunu vurğuladı. Platformanın təqdim etdiyi resurslar ingilis dilində olduğundan onlar tərcümə xidməti ilə təqdim olunub. Bu məqam şagirdlərdə ingilis dilini mükəmməl mənimsəmə üçün bir motivasiya yaratmışdır.
Layuhə icra komandasının üzvü Esmira Quliyeva bldirmişdir ki, hazırda dünyanın inkişaf etmiş təhsil sistemləri müəllimlər və şagirdlər üçün üçün elektron öyrədici resursların hazırlanmasına və onların internetdə əlçatanlığına xüsusi diqqət yetirir, distant ixtisasartırma proqramları həyata keçirirlər. Dünyada müəllim və şagirdlər üçün resurslar bazası yaratmış məşhur saytlar, təşkilatlar və s. vardır ki, bunlara misal olaraq “KhanAcademy”, Edutopia, Rewordify, Newsinlevel, Briliant.orq və s. göstərmək olar. Həmçinin YUNESKO, YUNİSEF, Avropa Şurası və digər beynəlxalq təşkilatlar da xeyli sayda elektron tədris resursları hazırlamışdır.
Ölkəmizdə fraqmentar şəkildə yaradılan resurslar isə elmi-metodik aparat baxımından zəif, bəzən isə qüsurludur. Halhazırda təhsil mühitinə təqdim edilməsi vacib olan müasir və instrumental ədəbiyyatın və resursların azlığı hələ də problem kimi qalır. Dövrün çağırışlarına cavab vermək – müasir tələblərə uyğun öyrədici materiallar hazırlamaq deməkdir. Öyrədici resurs mütəxəssislər tərəfindən dəfələrlə müzakirə edilməli, bütün köməkçi vasitələrdən istifadə etməklə məzmunun düzgün, ətraflı, detallı çatdırılmasına xidmət etməli, çoxmənalılığa yol verməməlidir. Layihənin icraedici komandası əmindir ki,layihədən əldə olunan təcrübə gələcəkdə digər innovativ və interaktiv, dünyaca məhşur təhsil portallarının tətbiqinə zəmin yaradacaqdır.