veten informasiya agentliyi

Zərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini saxlanılıb

Tarix:2-05-2023, 09:20
Baxış Sayı:261

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində odlu silah satmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun əlində olan idman çantasına keçirilən baxış zamanı atəşə yararlı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 25 ədəd patron aşkar edilərək götürülüb.
Dindirilmə zamanı R.Cəfərov silahı bir müddət əvvəl Bakı şəhəri ərazisindən tapdığını və satmaq niyyətilə Zərdab rayonuna gətirdiyi bildirib.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Aşkar edilən silahın hər hansı bir cinayət hadisəsində istifadə olunub-olunmadığı araşdırılır.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?