veten informasiya agentliyi

Günel Vəliyeva Azərbaycan rekordlarını yenilədi!

Tarix:28-04-2023, 18:12
Baxış Sayı:621

Günel Vəliyeva Azərbaycan rekordlarını yenilədi!
Günel Vəliyeva Azərbaycan rekordlarını yenilədi!
Günel Vəliyeva Azərbaycan rekordlarını yenilədi!

28-29 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.

İlk olaraq qadınlar bütün çəki dərəcələrində qalibləri müəyyən ediblər. Samirə Rzayeva toplam 86 kq (38+48) nəticə ilə 45 kq çəki dərəcəsində, Ravilya Abbasova toplam 78 kq (32+45) nəticə ilə 49 kq çəki dərəcəsində, Selcan Qarayeva toplam 138 kq (60+78) nəticə ilə 55 kq çəki dərəcəsində, Dinara İbrahimli toplam 142 kq (62+80) nəticə ilə 59 kq çəki dərəcəsində, Fazilə İmanova toplam 160 kq (72+88) nəticə ilə 64 kq çəki dərəcəsində, Fidan Mirzəzadə toplam 175 kq (75+100) nəticə ilə 71 kq çəki dərəcəsində, Rahilə Hüseynzadə isə toplam 188 kq (85+103) nəticə ilə 81 kq çəki dərəcəsində rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

76 kq çəki dərəcəsində isə Günel Vəliyeva fərqlənib. O, toplam 247 kq (111+136) nəticə ilə öz çəkisində qalib gəlib. Bununla yanaşı, Günel bu çəkidə 3 Azərbaycan rekordunu yeniləyib. Birdən qaldırmada 111 kq, təkanla qaldırmada 136 kq, toplamda isə 247 kq-lıq nəticələr yeni Azərbaycan rekordlarıdır.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı