veten informasiya agentliyi

*Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Lənkəranda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirilib.*

Tarix:15-04-2023, 17:00
Baxış Sayı:310

*Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Lənkəranda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirilib.*
*Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Lənkəranda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirilib.*

DİN-in aidiyyəti əməkdaşları ilə yanaşı Elm və Təhsil Nazirliyinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Komitənin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yerli icra hakimiyyətləri orqanlarının nümayəndələrinin də iştirak etdiyi tədbirdə azyaşlıların sağlam mühitdə tərbiyə olunması, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməsi istiqamətdə görülməli olan işlər müzakirə edilib. Qeyd edilib ki, bu gün Daxili İşlər Nazirliyi digər aidiyyəti qurumlarla əlaqəli şəkildə məişətdə, ailədə, təlim-tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması işini mövcud qanunvericilik, beynəlxaql normativ hüquqi aktlar və mütərəqqi iş üsulları əsasında ən yaxşı formada həyata keçirir. Çıxışlarda həmçinin, təhsildən yayındırılma, erkən nikahlar və zərərli vərdişlərə meylilik kimi neqativ hallara qarşı mübarizəni daha səmərəli təşkil etmək üçün görülməli olan işlər sadalanıb. Bildirilib ki, gələcəyin xoşbəxt və sağlam cəmiyyət modelinə zərbə olan bu kimi neqativ hallara qarşı təkcə dövlət qurumları deyil, cəmiyyətin hər bir fərdi öz barışmaz mövqeyini nümayiş etdiməlidir. Tədbir çərçivəsində müzakirə olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilib, konkret misallarla hüquqi maarifləndirmə və təbliğat-təşviqat işinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilib, bir sıra təkliflər səsləndirilib.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı