Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3 ədəd skamyanın oğurlanması barədə polisə məlumat daxil olub.
*Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində* oğurluq əməlində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov saxlanılıb. Araşdırma aparılır.