veten informasiya agentliyi

Prezident Ermənistana rəsmi Bakının şərtlərini növbəti dəfə xatırlatdı

Tarix:20-03-2023, 21:53
Baxış Sayı:143

Prezident Ermənistana rəsmi Bakının şərtlərini növbəti dəfə xatırlatdı

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri bu bölgənin mənzərəsini aydın şəkildə göstərir. Bu il Novruz tonqalının yandırıldığı Talış kəndində də abadlıq-quruculuq işləri görülür. Dövlət başçımızın bayram münasibətilə təbrik müraciətində də qeyd etdiyi kimi, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq kəndə 20 ailə qayıdıb, 180-ə yaxın ailə isə qayıdacaq. Bu, bərpa-quruculuq işlərinin sürətlə və plan üzrə davam etdiyini təsdiqləyir. Azərbaycan öz maliyyə imkanları hesabına öz tarixi torpaqlarını bərpa edir. Biz heç kimdən asılı deyilik və müstəqil şəkildə öz torpaqlarımızda, öz sərhədlərimizdə möhkəmlənirik. Müzəffər Ali Baş komandanın da söylədiyi kimi, bu gün biz Talış kəndində, Suqovuşan qəsəbəsində, Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq. “Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıb.”

Dövlət başçımız postmünaqişə reallıqlarına da diqqət çəkərək, Ermənistan və onun havadarlarının destruktiv davranışlarına da toxundu. Rəsmi Bakının mövqeyi kifayət qədər ədalətli və aydındır - Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq belə olan təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bu, Ermənistan üçün ciddi xəbərdarlıqdır.

30 il ərzində işğala göz yumanlar bu gün regionda yaranan yeni reallıqları həzm edə bilmirlər. Prezident İlham Əliyev ölkəmizə qarşı ədalətsiz addımlara da toxunaraq erməni havadarlarının bizə qarşı informasiya müharibəsi elan etməsinə diqqət çəkdi. Yəni, çirkin niyyətdə olanların yanaşması bu gün yenə dəyişməyib. Dövlət başçımızın da söylədiyi kimi, “bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox, dondurmaq idi”.

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
DİN HESABAT
DİN HESABAT