veten informasiya agentliyi

Novruz milli bayramımızdır

Tarix:18-03-2023, 13:35
Baxış Sayı:40

Novruz milli bayramımızdır

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.
Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni il həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirilir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandınr, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, qatarda da, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: «Bayramınız mübarək!»
Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur.
Bəli, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Prezident 28 illik həsrətdən sonra ilk Novruz bayramını məhz Şuşada qeyd etdi, tarixi Cıdır düzündə Novruz tonqalı qaladı.Türk dünyasının, müsəlman aləminin mədəni mərkəzlərindən biri sayılan Şuşada bayram tonqalının alovlanması dünya mediasının diqqətini çəkdiyi qədər, şovinist və terrorçu erməni toplumunun da cızdağını çıxardı. İşğalçılar bu tonqalın alovunun yandırıcı istisini bilavasitə öz canlarında hiss etdilər. Bu tonqal onları həm məyus etdi, həm də dərin narahatlıq hissi keçirmələrinə səbəb oldu. Başqa sözlə desək, bu tonqal ermənilərin canını, ruhunu yandırdı və onların yeni işğalçılıq planlarının üzərindən birdəfəlik xətt çəkdi. Cıdır düzündə qalanan tonqal “böyük Ermənistan” nağılını da yandırıb külə döndərdi. Bu hadisə erməni miflərinə, uydurmalarına son nöqtəni qoydu.. Bundan sonra Şuşada həmişə azərbaycanlı ruhu hakim olacaq, Cıdır düzündə Novruz tonqalı alovlanacaq!

Novruz bayramınız mübarək olsun!



Səxavət Səlimov,
Azərenerji ASC-nin Avtonəqliyyat idarəsinin rəisi

*DİN-in mətbuat xidmətindən verilən məlumata görə,*
*DİN-in mətbuat xidmətindən verilən məlumata görə,*
Mingəçevirdə üzərində “Makarov” gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub
Mingəçevirdə üzərində “Makarov” gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub
DIN hesabat
DIN hesabat
“Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması heç kimdə şübhə doğurmur”
“Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması heç kimdə şübhə doğurmur”
Martın 30-da Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov növbəti dəfə vətəndaşları qəbul edib.
Martın 30-da Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov növbəti dəfə vətəndaşları qəbul edib.
İsmayıllı rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib
İsmayıllı rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ətraf mühitin qorunması ilə bağlı əhaliyə
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ətraf mühitin qorunması ilə bağlı əhaliyə
Şirvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri
Şirvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri