veten informasiya agentliyi

HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA

Tarix:15-03-2023, 14:13
Baxış Sayı:377

HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA
HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA

“Heydər Əliyev İli” çərçivəsində Ümummilli liderin zəngin irsinin tədqiqi və bu sahədə keçirilən müxtəlif mövzulu tədbirlərin davamı olaraq, martın 15-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanovun iştirakı ilə Gəncə şəhərində AzQAC-ın “Heydər Əliyev və humanitar diplomatiya” adlı elmi-praktiki konfransı keçirilib. Konfransdan öncə Novruz Aslanovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşü olub. Qarşılıqlı işgüzar əlaqələr barədə fikir mübadiləsi aparılıb. Novruz Aslanov Gəncə şəhər İcra Hakimiyyətinin yerli bölməyə verdiyi dəstəkdən məmnun olduğunu bildirib və Niyazi Bayramova öz təşəkkürünü bildirib.
Sonra elmi-praktiki konfrans öz işinə başlayıb. AzQAC-ın Gəncə Regional Mərkəzinə daxil olan rayon bölmə sədrlərinin və könüllülərinin də iştirak etdiyi konfransı giriş sözü ilə Novruz Aslanov açıq elan edib. Millət vəkili öz çıxışında Ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalan və onun humanitar sahənin inkişafına verdiyi töhfədən bəhrələnən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı ilə əhatə olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Müstəqillik dövründə AzQAC-ın itirilmiş hüquqi bazasının formalaşdırılmasında və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının bərabərhüquqlu üzvlüyünə qəbul edilməsində Ulu öndərin xüsusi rolunu vurğulayaraq, respublikanın şəhər və rayonlarında AzQAC-ın yerli bölmələrinin fəaliyyətinə verilən dəstəkdən danışıb. Həmçinin, Heydər Əliyevin siyasi kursunun prioritet sahələrindən olan insan, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, eləcə də humanizm siyasətinin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. 
Tədbirdə iştirak edən könüllülər COVİD-19 Pandemiyası və İkinci Qarabağ müharibəsi dövründə mülki əhaliyə göstərdikləri xidmətdən, AzQAC-ın bu istiqamətdə həyata keçirdiyi humanitar layihələrdəki işləri barədə məlumat veriblər. Bu sahədə onlara yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılan şəraitdən məmnun olduqlarını bildiriblər. Daha sonra yerli bölmə sədrlərinin görülən işlər və qarşıda duran vəzifələri barədə müzakirələr aparılıb, Novruz Aslanov tərəfindən onlara müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda xatirə şəkili çəkilib.
Konfransdan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tədbir iştirakçıları ilə birgə Vətən Müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmış ərazidəki memorial kompleksi ziyarət ediblər.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?