veten informasiya agentliyi

Yardımlıda dərədən 21 kiloqram narkotik aşkarlanıb

Tarix:15-03-2023, 09:36
Baxış Sayı:398

Yardımlıda dərədən 21 kiloqram narkotik aşkarlanıb
Yardımlıda dərədən 21 kiloqram narkotik aşkarlanıb

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 21 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə və güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əldə edilən əməliyyat məlumatları əsasında şübhəli şəxs qismində Yardımlı rayon sakini Yasər Ağayev saxlanılıb. Həmin şəxsin dərədə gizlətdiyi torbalardan ümumilikdə 10 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın heroin, 2 kiloqam tiryək, 4 kiloqram 464 qram metamfetamin və 200 ədəd güclü təsiredən xassəyə malik həb aşkarlanaraq götürülüb. Araşdırma zamanı Y.Ağayevin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və qeyd edilən narkotik vasitələri həmin şəxsin göstərişi əsasında deyilən yerlərdə gizlətməli olduğu müəyyən edilib.
*Qeyd edək ki, Y.Ağayevin qardaşı Namik Ağayev də bir ay əvvəl narkokuryerlik etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Yardımlı rayonu ərazisində gizlətdiyi yerdən 40 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə aşkarlanıb.*

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?