veten informasiya agentliyi

Şamaxıda evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb

Tarix:20-02-2023, 15:09
Baxış Sayı:395

Şamaxıda evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb
Şamaxıda evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb
Şamaxı rayonunda yerləşən evlərdən yanvar-fevral aylarında silsilə oğurluqlar edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. 4 evə daxil olan naməlum şəxs ümumi dəyəri 1600 manatdan artıq olan- mobil telefonlar, fotoaparat, planşet, televizor avadanlıqları və digər əşyaları oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Zamir İmanov elə “iş başında” yaxalanıb. Belə ki, sonuncu dəfə rayon ərazisində yerləşən evlərin birindən oğurluq etmək istəyən həmin şəxs tutularaq istintaqa təhvil verilib. O, ifadəsində rayon ərazisindəki yaşayış olmayan daha 40-a yaxın mənzildən oğurluq etdiyini və əldə etdiklərini yaşadığı evin həyətyanı sahəsindəki tövlədə gizlətdiyini bildirib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxsin digər analoji cinayətlərdə də iştirakı istisna edilmədiyindən onun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?