Polis əməkdaşlarının fevralın 18-də və 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.* Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 17,9 kiloqramdan çox marixuana, 110 qram tiryək, 245 qramdan çox metamfetamin, həmçinin 582 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
*Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.