veten informasiya agentliyi

Şəkidə restorandan oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Tarix:16-02-2023, 15:06
Baxış Sayı:292

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Elçin Rüstəmzalov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı saxlanılan şəxsdən 50 qrama yaxın tiryək aşkar edilərək götürülüb. E.Rüstəmzalovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun digər iki nəfər tanışı- əvvəllər dəfələrlə məhkum olunmuş Ağdaş rayon sakini Rəcəb Babayev və Həbillah İbrahimovla birlikdə rayon ərazisində yerləşən restorandan müxtəlif məişət əşyaları, kabel oğurladıqları məlum olub. Onlar oğurladıqları həmin məişət əşyalarını əlvan metal qəbulu məntəqəsinə sataraq əldə etdikləri pulu öz aralarında bölüblər. Keçirilən tədbirlərlə digər iki nəfər də müəyyən edilərək təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?