veten informasiya agentliyi

İsmayıllıda “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib

Tarix:6-02-2023, 11:26
Baxış Sayı:403

İsmayıllıda “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib
İsmayıllıda “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib
İsmayıllıda “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib
İsmayıllıda “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib
İsmayıllı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək” adlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidi, həmin təhsil müəssisəsində müəllim işləmiş Famil Əhmədzadənin xatirəsinə hazırlanmış guşəni ziyarət edib, onun məktəbdə çalışdığı zamanlarda hazırladığı tarix muzeyinə baxış keçiriblər. Qeyd olunub ki, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi yaddaşlarda əbədi yaşayacaq.
Daha sonra mövzu ətrafında çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Şəmşir Kazımov narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə vurduğu zərərlərdən danışıb, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Ş.Kazımov gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkəmizdə görülən işlər, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Sonda polis əməkdaşları məktəblilərin suallarını cavablandırıb və onlara asudə vaxtlarında səmərəli işlərlə məşğul olmalarını tövsiyə ediblər.

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?