veten informasiya agentliyi

İcmamız Hyuston şəhər meriyası önündə ekoterrora etiraz edib

Tarix:30-01-2023, 13:53
Baxış Sayı:455

İcmamız Hyuston şəhər meriyası önündə ekoterrora etiraz edib
İcmamız Hyuston şəhər meriyası önündə ekoterrora etiraz edib
İcmamız Hyuston şəhər meriyası önündə ekoterrora etiraz edib
İcmamız Hyuston şəhər meriyası önündə ekoterrora etiraz edib
İcmamız Hyuston şəhər meriyası önündə ekoterrora etiraz edib


İcmamız ABŞ-ın Hyuston şəhərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına və Ermənistanın ekoloji terror siyasətinə etiraz əlaməti olaraq dinc aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Hyuston şəhər meriyası önündə baş tutan aksiyada Azərbaycan icmasının Texas ştatında yaşayan fəalları iştirak ediblər. Aksiya Laçın-Xankəndi yolunda fasiləsiz aksiya keçirən azərbaycanlı ekofəallara və vətəndaş cəmiyyəti nümayəndələrinə dəstək məqsədilə təşkil olunub.
Aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Erməni terrorizmi”, “Ermənistan terrorçularını dayandırın!”, “Azərbaycanın təbii sərvətlərinin talanmasına son!”, “Erməni ekosidinə son!”, “Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” tələblərinin əks olunduğu plakatlar nümayiş etdirilib.
Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin Ermənistan və erməni separatçıları tərəfindən talanmasına göz yummayacağına, Qarabağ iqtisadi rayonunda törədilən ekoloji terrorun artıq qlobal problemə çevrildiyinə diqqət cəlb edilib.
Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji cinayətlər barədə ətraflı məlumat verilib.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?