veten informasiya agentliyi

Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq, bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizəni daha səmərəli təşkil etmək məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici görüşlər davam etdirilir

Tarix:24-01-2023, 17:25
Baxış Sayı:18

Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq, bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizəni daha səmərəli təşkil etmək məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici görüşlər davam etdirilir


Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq, bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizəni daha səmərəli təşkil etmək məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici görüşlər davam etdirilir.
Bu silsilədən olan növbəti tədbir Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilib. Əvvəlcə çıxış edən Lənkəran ŞRPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Anar Həbibzadə bu cür görüşlərin yeniyetmə və gənclərin sağlam həyat tərzini seçmələri istiqamətində mühüm addım olduğunu qeyd edib. İnsanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə geniş məlumat verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib və məktəblilərin sualları cavablandırılıb.

Novruz Aslanov növbəti qəbulunu keçirib
Novruz Aslanov növbəti qəbulunu keçirib
Hədə-qorxu ilə tələb etmə
Hədə-qorxu ilə tələb etmə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
Oğuzda bir nəfər ov zamanı xəsarət alıb
Oğuzda bir nəfər ov zamanı xəsarət alıb
DİN hesabat
DİN hesabat
Bakıda keçmiş məhkum “Makarov” markalı odlu silahla saxlanılıb
Bakıda keçmiş məhkum “Makarov”  markalı odlu silahla saxlanılıb
Polis əməkdaşları Hökməli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti dəfə əməliyyat keçirib daha 5 nəfər saxlanılıb
Polis əməkdaşları Hökməli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti dəfə əməliyyat keçirib daha 5 nəfər saxlanılıb
DİN hesabat
DİN hesabat