veten informasiya agentliyi

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ISO 9001:2015 standartı sertifikatına layiq görülüb

Tarix:19-01-2023, 11:02
Baxış Sayı:149

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ISO 9001:2015 standartı sertifikatına layiq görülüb

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəvəz, bostan və kartof bitkiləri üzərində aparılan seleksiya və ilkin toxumçuluq işlərinə dair ISO 9001:2015 standartı sertifikatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, 2025-ci ilin aprel ayına qədər qüvvədə olacaq sertifikata əsasən, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda tərəvəz, bostan və kartof bitkiləri üzərində aparılan seleksiya və toxumçuluq işləri audit edilib və ISO 9001:2015 standartının tələblərinə uyğunluğu təsdiqlənib.
Qeyd edək ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan) və Beynəlxalq Kartofçuluq Mərkəzi (CIP, Peru) ilə əməkdaşlıq edir. Fəaliyyət göstərdiyi müddət ərzində institutun seleksiyaçı alimləri tərəfindən tərəvəz, bostan və kartofun 100-ə qədər sortu yaradılıb ki, onlardan 38 sort rayonlaşdırılıb.
Təkcə ötən il institut tərəfindən yaradılmış "Vaqif”, "Çənlibel”, "Uğur” və "Turan” kartof sortları rayonlaşdırılıb və patentləşdirilib. Eyni zamanda, istixana kompleksinin kartofçuluq bölməsində “Telman” və “Əmiri-600” yerli kartof sortlarından ümumilikdə 2400 kq miniyumru istehsal edilib.
2022-ci ildə institutda istixana şəraitində pomidorun 150, xiyarın 55, şirin bibərin 57, badımcanın 18, kahının 22 sort nümunəsi qiymətləndirilib və uyğun olaraq pomidorun 4, xiyarın 5, şirin bibərin 10, badımcanın 4, kahının isə 3 sort nümunəsi seleksiya üçün ən yaxşı donor seçilib.
Ötən il institutda aparılmış elmi-tədqiqat işlərinin nəticələrinə dair 3 kitab, 48 elmi məqalə nəşr olunub ki, məqalələrin 4-ü beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc edilib.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb