veten informasiya agentliyi

Şamaxı sakinlərindən narkotik və 5 tüfəng götürülüb

Tarix:17-01-2023, 13:13
Baxış Sayı:356

Şamaxı sakinlərindən narkotik və 5 tüfəng götürülüb
Şamaxı sakinlərindən narkotik və 5 tüfəng götürülüb

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan və qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən ilk əməliyyat zamanı müxtəlif növ narkotik vasitələrin satışında şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Babək Nuriyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın qurudulmuş marixuana, 400 qramdan artıq tiryək və 167 qram heroin aşkar edilərək götürülüb. Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə daha 3 nəfər -Orxan Abuşov, Tacəddin və Rəşid Mustafayevlər saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı O.Abuşovdan heroin, T.Mustafayevdən marixuana və R.Mustafayevdən tiryək aşkarlanaraq maddi sübut kimi istintaqa təhvil verilib.
Faktlarla bağlı rayon polis şöbəsinin istintaq bölməsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə rayon sakinləri - Radil Orucov, Səfər Qaydarov, Ramin Qarayev, İsmət Zeynallı və Əlvan Cəbrayılovdan müvafiq sənədləri olmayan 5 ədəd ov tüfəngi götürülüb. Həmin şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?