veten informasiya agentliyi

Manisadakı gənclərimiz Şuşa-Xankəndi yolundakı aksiyanı dəstəklədiklərini bəyan ediblər

Tarix:30-12-2022, 11:45
Baxış Sayı:432

Manisadakı gənclərimiz Şuşa-Xankəndi yolundakı aksiyanı dəstəklədiklərini bəyan ediblər
Manisadakı gənclərimiz Şuşa-Xankəndi yolundakı aksiyanı dəstəklədiklərini bəyan ediblər

Türkiyənin Manisa şəhərindəki Azərbaycan Qardaşlıq Parkında Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etiraz əlaməti olaraq aksiya keçirilib.

Manisa Azərbaycanlı Tələbələr Dərnəyi və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin gənclər şöbələrinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan və erməni separatçıları tərəfindən qanunsuz fəaliyyətinə dərhal son qoyulması tələb edilib.

Aksiyada çıxış edən Manisa Azərbaycanlı Tələbələr Dərnəyinin sədri Elmir İsmayılzadə bildirib ki, Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq talamaqla Ermənistan və erməni separatçıları Qarabağda ekoloji təxtibat törədir və təbiətə böyük ziyan vurur. Rusiya sülhməramlıları isə Azərbaycanın dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupunun bu bölgələrə daxil olmasına və müşahidə aparmasına imkan vermir.

Nəzərə çatdırıb ki, Manisadakı soydaşlarımız azərbaycanlı ekofəalların və qeyri-hökumət təşkilatları nümayəndələrinin Şuşa-Xankəndi yolunda ermənilərin ekoloji terroruna son qoyulması tələbi ilə keçirdikləri fasiləsiz aksiyaları dəstəkləyirlər. “Biz Qarabağda ekoloji terrora son qoyulmasını tələb edirik. Erməni separatçılarının talanları dayanana qədər etirazlarımız davam edəcək”, - deyə Elmir İsmayılzadə əlavə edib.

Aksiya zamanı “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!”, “Azərbaycan sərvətlərinin talan olunmasına son! "Ekoloji cinayətə son!", "Ekoloji terrora yox!" şüarlarının əks olunduğu plakatlar nümayiş etdirilib.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı