Dekabrın 23-də saat 4 radələrində Masallı rayonunun Öncəqala kəndi ərazisində Lənkəran rayon sakini Ş.Fərəcov idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub. Nəticədə Ş.Fərəcovun sərnişinləri olan həyat yoldaşı Əminə və oğlu Aslan hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
*
Dekabrın 23-də saat 11 radələrində Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində Füzuli rayon sakini Ə.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini P.Cəfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
*
Dekabrın 23-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini H.Nağızadə idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən X.Kərimovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.