veten informasiya agentliyi

Bu gün Saatlı ən dinamik inkişaf edən rayonlardan biridir

Tarix:19-05-2017, 14:51
Baxış Sayı:699

Bu gün Saatlı ən dinamik inkişaf edən rayonlardan biridir

















Saatlı abadlaşır, gözəlləşir. Rayonda çox böyük dəyişikliklər vardır. Gözəl binalar tikilir, köhnə binalar bərpa edilir, parklar salınır.

Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayah hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Bu gün Saatlı ən dinamik inkişaf edən rayonlardan biridir. Ötən hər ay, hər il özü ilə bu rayona yeni, mütərəqqi dəyişikliklər gətirir. Son aylarda Saatlı da yaranan canlanma, təkamül özünü xüsusilə qabarıq göstərir. Ötəri bir baxışla da hiss olunur ki, abadlıq, inkişaf hər hansı bir ayrıca sahədə getmir, məhz çoxcəhətli xarakterə malikdir. Sənaye, sosial sfera, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə gedərək bir-birini tamamlayır. Elə bu da Saatlının inkişafında hərtərəfli modernləşmənin təmin olunmasında əsas rol oynayır.

Saatlıda əvvəlki dövrlərdə də abadlıq-quruculuq işləri aparılıb. Ancaq quruculuq sahəsində yetərli təcrübəsi olan Siraqəddin Cabbarovun rayona icra hakimiyyəti başçısı təyin edildikdən sonra Prezidentin tapşırığı ilə bu işlər daha da sürətlənib. Abadlıq yürüşü bütün istiqamətlərdə aparılmağa başlanıb. Bir neçə istiqamətdə çox gözəl, müasir infrastruktur layihələrin icrasına start verilib. Ayrı-ayrı təsərrüfat sahələri üzrə zəruri addımlar atılır, əsas problemlər həllini tapır. İndi rayonda abadlıq-quruculuq işlərinin həyata keçirilmədiyi meydan, küçə yoxdur, – desək, mübaliğə etmiş olmarıq.

Saatlı rayonunda pambıqçılığın inkişafına diqqət artırılıb. Bu il rayonda 8 min hektardan çox sahədə çiyid səpini nəzərdə tutulur. Havanın əlverişli keçməsi ilə əlaqədar bəzi ərazilərdə səpininə artıq başlanılıb. Bol məhsul yetişdirilməsi üçün 600 hektar sahədə süni suvarma sitemləri quraşdılıb.

Əsasən kənd təssərüfatı rayonu olan Saatlı taxılıçılıq və heyvandarlıqla yanaşı, pambıqçılığın inkişafı ilə də respublikada ön sıralarda olub.

Bu il havanın əlverişli keçməsi çiyid səpinini tezləşdirib. Hazırda şumlanmış sahələrə çiyid səpilir. Bu il xarici ölkələrdən alınan çiyid istifadə olunur. Gələcəkdə isə çiyid ehtiyacı da yerli tədarük hasabına ödəniləcək. Rayonda suvarmanın keyfiyyətlə və vaxtında aparılması üçün 22 süni suvarma sistemi quraşdılıb. Bununla da 600 hektar əkin sahəsi su ilə təmin ediləcək. Daha 12 suvarma sisteminin də quraşdırılması yekunlaşmaq üzrədir. Hazırda rayonda 3 pambıq emalı və qəbulu zavodu fəaliyyət göstərir. Onlar məhsul tədarük etmək üçün femerlərlə müqavilə bağlayıblar.

Saatlılar Siraqəddin Cabbarovun Saatlı rayon İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar. Hətta Saatlının tanınmış ziyaliları, ağsaqqalları da bütün görülən bu uğurlu işlərə böyük nikbinliklə, fəxarətlə baxırlar.

[medium=left]http://bakuxeber.info/uploads/posts/2017-04/1493031642_132747f5b2eb46bfe01fbe9ccc2ae0fa.jpg[/medium]

Amma deyəsən, bəzi media orqanları Saatlı rayon icra hakimiyyəti başçısı Siraqəddin Cabbarov haqqında böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər. Görünür, kimlərsə, icra başçısı təyin olunandan bəri rayonda sıra uğurlu layihələrə imza atan Saatlı rayon icra hakimiyyəti başçısı Siraqəddin Cabbarov barədə ağlına və ağzına gələni yazmağı “peşə borcu” sayırlar.

Verilən tapşırıqların layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparılır.

Prezidentin ona etibar etdiyi bütün postlarda Siraqəddin Cabbarov özünü doğruldub. Bizdə hörmətli Siraqəddin Cabbarova dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Odur ki, belə əsassız məlumatlar yayanlar söz azadlığını yalan və böhtan azadlığı kimi başa düşməkdən əl çəkməlidirlər. Unutmamalıdırlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələl gətirir.

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında