Dekabrın 17-də saat 16 radələrində Biləsuvar rayonunun Aranlı kəndi ərazisində rayon sakinləri A.Əliyevin idarə etdiyi “İj Planet” markalı motosikletlə N.Əsədlinin idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən motosikletçi ölüb.
Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Dekabrın 17-də saat 19 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.İsgəndərov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Vəliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada dekabrın 18-də orada ölüb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
***
Dekabrın 18-də saat 16 radələrində Salyan rayonunun Şəkərli kəndi ərazisində rayon sakini C.Mirzəyev idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən Ə.Abbasovu və onun əmisi oğlu M.Abbasovu vurub. Nəticədə hər iki piyada xəsarətlə xəstəxanaya yerləşdirilib, Ə.Abbasov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***
Dekabrın 18-də saat 19 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində rayon sakini F.Vəliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən R.Əlimərdanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.