veten informasiya agentliyi

I Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olanların birdəfəlik ödəmə ilə təminatı sahəsində görülən işlər müzakirə olunub

Tarix:14-12-2022, 13:09
Baxış Sayı:144

I Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olanların birdəfəlik ödəmə  ilə təminatı sahəsində görülən işlər müzakirə olunub


Proqramın icrasında müsbət nəticələr vurğulanıb, 1997-ci il avqustun 2-dək hərbi
xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə
verildiyi bildirilib

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin və onlardan vəfat edənlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatına bu il avqustun 2-də başlanıb. Proqramın icrası işləri ilk gündən operativ və proaktiv təyinat mexanizmi, vətəndaş məmnunluğu prinsipi əsasında aparılıb.

Bu barədə işlərin əlaqələndirilməsi məqsədilə aidiyyəti qurumların rəhbər şəxslərindən ibarət olmaqla yaradılmış Komissiyanın iclasında bildirilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən icra olunan yeni sosial dəstək proqramı dövlət başçısının müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara xüsusi qayğısının növbəti təzahürüdür.

Qeyd olunub ki, Fərmana əsasən yaradılmış Komissiyada təmsil olunan qurumlar tərəfindən proqramın icrası, müvafiq siyahıların təqdim edilməsi, eləcə də dürüstləşdirilməsi istiqamətində birgə, əlaqəli şəraitdə müsbət iş təcrübəsi formalaşıb. Bu da proqramın öz hədəflərinə doğru məqsədəuyğun icrası üçün vacib amil olub.

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib, həmin ödənişlər üçün 105,7 milyon manat vəsait yönəldilib.

Birdəfəlik ödəmələrin operativ şəkildə və e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülməsi, bu barədə çevik və ətraflı məlumatlandırılmaları, daxil olan müraciətlərin dərhal qeydə alınaraq icra üçün yönləndirilməsi və s. təmin edilib və bu proses vətəndaşlar tərəfindən də razılıqla qarşılanıb.

İclasda proqramın icrası sahəsində görülən işlər müzakirə olunub.



DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Beyləqanda saxlanılanlardan 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb
Beyləqanda saxlanılanlardan 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb
RUHUYLA DANIŞAN İNSAN...
RUHUYLA DANIŞAN İNSAN...
Məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların valideynləri ilə görüş keçirilib
Məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların valideynləri ilə görüş keçirilib
RFO-nun respublika mərhələsinin yarımfinal turunda qalib olan şagirdlərlə görüş keçirilib
RFO-nun respublika mərhələsinin yarımfinal turunda qalib olan şagirdlərlə görüş keçirilib