veten informasiya agentliyi

Azərbaycan əsilli hüquqşünas Cenevrə Universitetindəki tədbirdə ermənipərəst siyasətçiləri ifşa edib

Tarix:14-12-2022, 13:06
Baxış Sayı:143

Azərbaycan əsilli hüquqşünas Cenevrə Universitetindəki tədbirdə ermənipərəst siyasətçiləri ifşa edib

Cenevrədə “Ermənistan və Azərbaycan arasında müharibə və Avrasiyada böyük geosoyasi oyunların qayıtması” mövzusunda keçirilən dəyirmi masaya qatılan Azərbaycan icmasının üzvləri ermənilərin və ermənipərəst siyasətçilərin yalanlarını ifşa ediblər.

Erməni diasporunun təşəbbüsü ilə Cenevrə Universitetinin Qlobal Tədqiqatlar İnstitutunda təşkil edilən dəyirmi masada İsveçrə Konfederasiyasının eks-prezidenti Mişelin Kalmi-Rey, Cenevrə Universitetinin müəllimləri Özcan Yılmaz və Vikken Çeteryan çıxış ediblər.

Valentina Kalzolarinin moderatorluğu ilə aparılan tədbirdə Fransada yaşayan Azərbaycan əsilli hüquqşünas Zaur Sadıqbəyli, İsveçrədəki Azərbaycan icmasının üzvləri, Cenevrə Universitetinin tələbələri Aynur Əsədli və Əminə Əhədova iştirak ediblər.

Mişelin Kalmi-Reyin və Valentina Kazlorinin Qarabağ həqiqətləri, Zəngəzur dəhlizi ilə bağlı yalan məlumat verdiklərini görən Zaur Sadıqbəyli keçmiş prezidentə və moderatora kəskin etirazını bildirib və dezinformasiya yaymağın yolverilməzliyi barədə onlara xəbərdarlıq edib.

Ermənilərin, moderatorun və Mişelin Kalmi-Reyin mane olmaq cəhdlərinə baxmayaraq, Zaur Sadıqbəyli xalqımızın haqlı mövqeyini və tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və hər zaman Azərbaycanın tərkibində olub, Zəngəzur dəhlizinin açılması ilə bağlı maddə isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda əks olunub. Bölgədə sülhün və normallaşma münasibətlərinin bərqərar olması naminə Azərbaycan dövlətinin ciddi səylər göstərdiyini, bütün kommunikasiya və nəqliyyat marşrutlarının açılmasında maraqlı olduğunu, hətta Ermənistanın rifahının artırılması naminə bu ölkənin iqtisadi layihələrə cəlb olunması təklifini irəli sürdüyünü vurğulayıb.

Xatırladaq ki, isveçrəli siyasətçi Mişelin Kalmi-Rey ermənipərəst mövqeyi ilə tanınır, 2012-ci ildə Ermənistanın “Şərəf” ordeni ilə təltif olunub. Məhz onun dəvəti ilə 2013-cü ildə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Cenevrə Universitetində mühazirə ilə çıxış edib.

Dəyirmi masada baş verənlərin videosunu aşağıdakı link vasitəsilə izləmək mümkündür:

https://www.youtube.com/watch?v=abFZ25mOu1k

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb