veten informasiya agentliyi

Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Dövlət Komitəsində olub

Tarix:1-12-2022, 22:31
Baxış Sayı:383

Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun Amerika Yəhudi Komitəsinin (AJC) Rusiya və Avrasiya üzrə direktoru Samuel Kliger, “Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov və Nyu-Yorkda yaşayan iş adamı Mikayıl Davidovla görüşü keçirilib.
Qonaqları salamlayan Komitə sədri dövlətimizin İsraillə dostluq və əməkdaşlıq münasibətlərinə, dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da yaşayan yəhudi icmasının fəaliyyətinə xüsusi önəm verdiyini bildirib, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.
Komitə ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirən Samul Kliger Azərbaycan üçün vacib olan məsələlərdə ölkəmizin yanında olduqlarını, xalqımızın Qarabağdakı Zəfəri ilə qürur duyduqlarını, Prezident İlham Əliyevin İsraildə (Təl-Əviv şəhərində) Azərbaycan səfirliyinin fəaliyyətinin təmin olunması barədə 26 noyabr 2022-ci il tarixli Sərəncamını AJC-nin yeni icraçı direktoru Ted Deutchun böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladığını bildirib.
“Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov bildirib ki, ABŞ-da yaşayan yəhudilər Azərbaycanın haqq səsini çatdırmaq, ölkəmizdə baş verən proseslərin ayrılmaz hissəsi olduqlarını göstərmək naminə ciddi səylər göstərirlər. “Bu, xüsusən də Vətən müharibəsi dövründə qabarıq hiss etdirildi. Biz Azərbaycanla bağlı məsələlərdən kənarda qala bilmərik. Çünki özümüzü hər zaman azərbaycanlı hiss edirik”, - deyə həmvətənimiz əlavə edib.
Yəhudilərin Azərbaycan sevgisinə Mikayıl Davidovun fəaliyyəti nümunə olaraq göstərilib. Qeyd edilib ki, 1990-cı illərdə Azərbaycan haqqında ABŞ-da çox məhdud məlumatın olduğu bir dövrdə Azərbaycandan gələn gənc yəhudi olaraq Mikayıl Davidov Bakıdakı 20 Yanvar faciəsinə görə BMT-nin iqamətgahı önündə etiraz aksiyası təşkil edib.
Sonra “Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin təşəbbüsü ilə azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinə töhfə kimi nəzərdə tutulan ekoloji layihədən söz açılıb.
Görüşdə iştirak edən Milli Məclisin üzvü, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəri Anatoli Rafailov təşəbbüsü çox bəyəndiyini bildirib.
Sonra Azərbaycan diasporunun və AJC-nin birgə fəaliyyətinə və gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Komitə sədri AJC-nin yeni prezidentini və icraçı direktorunu Azərbaycana səfərə dəvət edib.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?