veten informasiya agentliyi

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün daha 400-dən çox fərdi evin tikintisi yekunlaşıb

Tarix:30-11-2022, 15:13
Baxış Sayı:153

Bir sıra yeni sosial obyektlərin açılışına hazırlıq işləri aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün bu günlərdə daha 410 fərdi evin tikintisinin yekunlaşdığı diqqətə çatdırılıb. 54 fərdi evin tikintisinin isə tamamlanmaqda olduğu bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunmasının Nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. Nazir bu kateqoriyadan olan vətəndaşların mənzil və ya fərdi evlərlə təminatı proqramının son illər dəfələrlə genişləndiyini, bu sahədə 2022-ci il üçün nəzərdə tutulan planın da uğurla icra edilməkdə olduğunu qeyd edib.

İclasda paytaxtın Xətai rayonunda 5 saylı Bakı DOST mərkəzinin, eləcə də digər bölgələrdə yeni sosial obyektlərin açılışına hazırlıq işlərindən bəhs olunub. Yaxın vaxtlarda Bərdədə DOST mərkəzinin və Peşə Hazırlığı Mərkəzinin, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzinin açılacağı, Şamaxıda Psixonevroloji sosial xidmət müəssisəsinin əsaslı təmiri və yeni korpusunun inşasının da artıq yekunlaşdığı diqqətə çatdırılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində son bir ildə 14 təlim istiqamətindən əlavə daha 8 fəaliyyət istiqaməti üzrə də təlimlər təşkil edildiyi bildirilib. Burada təlim kurslarındakı 281 benefisiardan 200-ə qədərinin əlilliyi olan şəxslər və şəhid ailələri üzvləri, digərlərinin valideyn himayəsindən məhrum şəxslər, aztəminatlı ailələrin üzvləri olduğu qeyd olunub.

Benefisiarlarla bağlı kompleks reabilitasiya işlərinin də aparıldığı və təlimlərə qatılan şəxslərin həm yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində, həm də psixo-sosial vəziyyətlərində müsbət nəticələr əldə edildiyi vurğulanıb.

Əmək, məşğulluq, sosial müdafiə sahələrində yeni altsistemlərin, reyestrlərin, informasiya ehtiyatlarının yaradılması istiqamətiində aparılan işlər diqqətə çatdırılıb. Bu il e-gov üzrə müraciət sayının 8,9 milyon, e-sosial.az portalına müraci¬ət sayının 9,7 milyon olduğu, 280,5 min proaktiv təyinat aparıldığı, eləcə də proaktiv qaydada 157 mindən çox sosial sığorta nömrəsinin açıldığı, 466,6 min e-arayış verildiyi bildirilib.

İclasda qeyd olunan istiqamətlərdə görülən işlər, habelə sosial xidmətlərin daha geniş aspektləri əhatə etməsi üçün yeni layihəyə dair müzakirələr aparılıb.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib