veten informasiya agentliyi

Sosial şəbəkədə tanış olduğu şəxsləri xaricdə işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

Tarix:17-11-2022, 16:44
Baxış Sayı:14

Sosial şəbəkədə tanış olduğu şəxsləri xaricdə işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Siyavar sakini olan bir nəfər polisə müraciət edərək sosial şəbəkədə tanış olduğu Anar adlı şəxsin işə düzəltmək adı ilə ondan 3500 manat pulunu alaraq mənimsədiyini bildirib. Zərərçəkmiş şəxs müraciətində pulu qarşı tərəfin göndərdiyi kart hesabına köçürdüyünü bildirib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dələduzluq faktını törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Anar Rzayev olduğu müəyyən edilib. Aparılan əlavə araşdırmalarla həmin şəxsin sosial şəbəkə vasitəsilə tanış olduğu daha 3 nəfər Lənkəran sakininə qarşı dələduzluq etdiyi məlum olub. Belə ki, A.Rzayev həmin şəxslərin etibarından sui istifadə edərək müxtəlif məbləğlərdə pullarını xaricdə işə düzəlmək adı ilə alaraq mənimsəyib. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. A.Rzayevin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa Lənkəran ŞRPŞ-yə və ya ərazi polis orqanına müraciət edə bilərlər.

Faktla bağlı araşdırma aparılır.

Novruz Aslanov şəhid Cəmil Məmmədlinin xatirəsinə həsr edilən filmin təqdimatında iştirak edib
Novruz Aslanov şəhid Cəmil Məmmədlinin xatirəsinə həsr edilən filmin təqdimatında iştirak edib
Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti İlahiyyat İnstitutunda olub
Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti İlahiyyat İnstitutunda olub
Nazir İnam Kərimov Masallıda vətəndaşları qəbul edəcək
Nazir İnam Kərimov Masallıda vətəndaşları qəbul edəcək
SOCAR-ın Baş ofisində “Neft Daşları” qəzeti əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib
SOCAR-ın Baş ofisində “Neft Daşları” qəzeti əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib
QHT Agentliyinin dəstəyi ilə sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə tədbiri keçirilib
QHT Agentliyinin dəstəyi ilə sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə tədbiri keçirilib
Noyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları da ödənildi
Noyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları da ödənildi
AzTU-nun tələbəsi Avropa çempionu olub
AzTU-nun tələbəsi Avropa çempionu olub
Avstriyanın Lints şəhərində “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib
Avstriyanın Lints şəhərində “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib