veten informasiya agentliyi

Beynəlxalq səviyyədə yüksək qiymət alan sosial islahatlar davam edəcək, yeni sosial dəstək layihələrinə başlanacaq

Tarix:31-10-2022, 18:44
Baxış Sayı:134

Beynəlxalq səviyyədə yüksək qiymət alan sosial islahatlar davam edəcək,  yeni sosial dəstək layihələrinə başlanacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illər ölkəmizdə aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək qiymət almaqla, artıq dünyanın qabaqcıl təcrübələri kimi qəbul edilir. Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qurumlarının - DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) üç Mükəmməlik Sertifikatı ilə təltif edilməsi, Forumda DSMF sədrinin beynəlxalq təşkilatın büro üzvü və komitə sədri seçilməsi də bunu təsdiq edir.

Bu barədə Nazirlikdə keçirilən kollegiya iclasında bildirilib. Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial sahədə həyata keçirilən, müasir texnologiyaların, innovativ həllərin geniş tətbiqinə əsaslanan, xidmətlərdə çeviklik və şəffaflığı, əlçatanlığın artırılmasını təmin edən, vətəndaş rahatlığı və məmnunluğuna xidmət edən bu islahatların qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.

İclasda cari ildə Nazirliyin fəaliyyət sahələri üzrə 11 beynəlxalq mükafatın əldə olunduğu qeyd edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının, həmçinin sosial təminat sahəsi üzrə islahatların nailiyyətlərinin bu gün artıq beynəlxalq qurumlar tərəfindən digər ölkələrdə də tətbiqinin təşviq edildiyi bildirilib.

Eyni zamanda, əmək, məşğulluq, sosial müdafiə sahələrində digər ölkələrlə əməkdaşlıq əlaqələrinin genişlənməkdə davam etdiyi diqqətə çatdırılıb. Bu il də bir sıra ölkələrlə qeyd olunan sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tutan sənədlər imzalandığı, habelə daha bir sıra yeni əməkdaşlıq sənədləri layihələrinin hazırlanmaqda olduğu qeyd olunub.

Məşğulluğun təminatında önəmli rola malik ödənişli ictimai işlər proqramından bəhs olunub. İşğaldan azad edilmiş ərazilərimiz üzrə icra olunan məşğulluq layihələrinin əhəmiyyəti vurğulanıb. DOST İş Mərkəzinin bu il müxtəlif qurumlarla birgə layihələri əsasında ictimai işlər proqramının fəaliyyət sahələrinin xeyli genişləndiyi, ümumən 20-dək qurumla müştərək layihələr icra edildiyi bildirilib. Bununla proqrama cəlb olunan, ilkin peşə və ixtisası olmayan şəxslərin işlədikləri fəaliyyət sahələri üzrə ilkin peşə bacarıqlarına yiyələnmələrinə də imkan yaradıldığı qeyd edilib.

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək proqramından danışılıb. Artıq 119 min insanı əhatə edən bu proqramın qarşıdakı dövrdə davam edərək daha da genişlənəcəyi, həmçinin şəhid ailələri və digər həssas qruplara sosial dəstək yönümlü yeni layihələrə başlanacağı diqqətə çatdırılıb.

Dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının cəmiyyətə çevik inteqrasiyasına yönələn layihədən bəhs olunub. Layihənin onların şəxsi inkişaflarına dəstək verilməsində əhəmiyyəti, eləcə də dövlət uşaq müəssisələrindəki uşaqların reinteqrasiya prosesinə dəstək məqsədli işlər qeyd edilib.

Nazirlik və qurumları tərəfindən bu ilin 9 ayında 1 milyon 274 min 458 vətəndaşın qəbul edildiyi, 1 milyon 593 min 365 vətəndaş müraciətinin cavablandırıldığı bildirilib.

İclasda beynəlxalq əlaqələr, əmək qanunvericiliyinin təkmilləşdirilməsi üçün hazırlanmış layihələr, Əməyin Mühafizəsi Mərkəzinin yaradılması, daxili nəzarət və audit, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, ictimaiyyətlə əlaqələr və digər sahələrdə görülmüş işlər müzakirə olunub. Kollegiya tərəfindən bəzi sahələrə aid peşələr üzrə Vahid Tarif - İxtisas Sorğu Kitabçalarında dəyişikliklərin təsdiq edilməsi qərara alınıb.

Vyetnam Ticarət və Turizm Kollecinin rektoru ATMU-da
Vyetnam Ticarət və Turizm Kollecinin rektoru ATMU-da
EHTİYATDA OLAN POLKOVNİK-LEYTENANT QURBANƏLİ İSMAYILOV SİRLƏRİ AÇDI
EHTİYATDA OLAN POLKOVNİK-LEYTENANT QURBANƏLİ İSMAYILOV SİRLƏRİ AÇDI
Uğurla strateji hədəflərə doğru
Uğurla strateji hədəflərə doğru
Баку устроил Еревану сеанс шоковой терапии - Новруз Аслан для Day.Az
Баку устроил Еревану сеанс шоковой терапии - Новруз Аслан для Day.Az
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə