veten informasiya agentliyi

Polis “Niva” ilə qaçmağa çalışan qanunsuz ov edənləri saxlayıb

Tarix:29-10-2022, 14:00
Baxış Sayı:281


DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, oktyabrın 29-da gecə saat 4 radələrində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Örənqala qəsəbəsi ərazisində xidmətdə olarkən “Ağgöl” qoruğu istiqamətindən torpaq yolla “Niva” markalı avtomobilin gəldiyini görüb onu saxladaraq özlərini təqdim ediblər. Avtomobilin içərisində olan iki şəxsin əlində odlu silahın olduğunu görən polis əməkdaşları onlardan avtomobildən enmələrini tələb etdikdə onlar tabesizlik göstərib qaçmağa çalışıblar. Bu zaman polis əməkdaşı havaya bir dəfə xəbərdarlıq atəşi açıb. Bundan sonra polis əməkdaşları həmin şəxsləri saxlayıblar. Onlardan 2 ədəd odlu silah və qanunsuz ovladıqları 1 ədəd qaban götürülüb.
Polis şöbəsinə gətirilən həmin şəxslərin Ağcabədi rayon sakinləri Arzuman Mamedov, Anar Quliyev və Aqil Yusifov olmaları müəyyən olunub.
Hazırda Beyləqan Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış