veten informasiya agentliyi

Komitə sədri Gürcüstanın təhsil və elm naziri ilə görüşüb

Tarix:27-10-2022, 21:17
Baxış Sayı:303

Komitə sədri Gürcüstanın təhsil və elm naziri ilə görüşüb
Komitə sədri Gürcüstanın təhsil və elm naziri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyevin bu günlərdə qonşu dövlətə səfərinin əhəmiyyəti, bu səfərin ölkələrimiz arasındakı münasibətlərə verdiyi töhfələrdən danışılıb, Gürcüstanda yaşayan soydaşlarımızın həyat və fəaliyyətlərinin, xüsusilə təhsil problemlərinin hər zaman ən yüksək səviyyələrdə diqqət mərkəzinə gətirildiyi qeyd edilib.
Görüşdə komitənin fəaliyyəti barədə ətraflı məlumat verilib, Gürcüstanda yaşayan azərbaycanlılara yaradılan təhsil imkanlarından, azərbaycanlı gənclərin milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4" proqramından yararlanmasından danışılıb. Komitənin dəstəyi ilə bu günə qədər Marneulidəki Azərbaycan Evində keçirilmiş abituriyent hazırlığı kurslarını 171 nəfərin bitirdiyi, onların 65 faizinin Gürcüstanın ali təhsil müəssisələrinə daxil olduğu barədə məlumat verilib.
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonlarda və paytaxt Tbilisidəki Azərbaycan Evi tipli mərkəzlərdəki kursların fəaliyyətindən, burada soydaşlarımızın ana dilini, gürcü və ingilis dillərini öyrənmələrindən, əlavə olaraq 15 fənn üzrə hazırlıq keçmələrindən, eləcə də Heydər Əliyev Fondunun qonşu dövlətdə həyata keçirdiyi layihələrdən söz açılıb.
Səmimi qəbula görə təşəkkür edən Mixeil Çxenkeli Azərbaycanda keçirdiyi görüşlər haqqında danışıb, Tbilisi Dövlət Universitetində azərbaycanşünaslıq ixtisasının tədris edildiyini, Gürcüstanda Azərbaycan dilinin tədrisinin artırılması və gürcü dilinin tədrisinə dair BDU ilə ilkin müzakirələr aparıldığını bildirib.
Görüşdə Gürcüstandakı Azərbaycan məktəblərinin sayının azalmasını, tədris olunan fənlər üzrə milli kadrların çatışmazlığını aradan qaldırmaq və Azərbaycandilli pedaqoji kadrların hazırlanması üçün elmi potensialın gücləndirilməsi, Gürcüstan və Azərbaycanın ali təhsil müəssisələrinin mövcud potensialından istifadə etməklə bu problemin həlli üçün yeni imkanların yaradılması, dərsliklərlə təminat, azərbaycanlı müəllimlərin sertifikasiya məsələləri ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb, onların həlli istiqamətində addımlar atıldımasının vacibliyi vurğulanıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirəcəyi layihələr də müzakirə olunub.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir