veten informasiya agentliyi

DOST modeli digər ölkələrə nümunə kimi təqdim ediləcək

Tarix:26-10-2022, 16:17
Baxış Sayı:294

DOST modeli digər ölkələrə nümunə kimi təqdim ediləcək
DOST modeli digər ölkələrə nümunə kimi təqdim ediləcək

Bu məqsədlə DOST Agentliyi beynəlxalq səviyyəli müxtəlif
vebinar, seminar və konfranslara cəlb ediləcək

Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin sədri Fərid Məmmədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) rəhbərliyi ilə görüşüb.

Qeyd edək ki, BSTA-nın təşkil etdiyi bu Forumda DOST Agentliyi və Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq uğurlara imza atıb: BSTA tərəfindən DSMF “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” meyarları, DOST Agentliyi “Xidmət keyfiyyəti” meyarı üzrə üç Mükəmməllik Sertifikatı ilə təltif ediliblər. Bununla da cari ildə hər iki qurumun təltif edildikləri beynəlxalq mükafatlarının sayı artıq 11-ə çatıb.

Görüş zamanı F.Məmmədov BSTA-nın baş katibi Marselo Abi-Ramia Kaetano, baş katibin ofis rəhbəri Yens Şremmer və Avrasiya üzrə regional koordinator Dmitri Karasyova son illər Azərbaycanda aparılan sosial islahatlar, DOST konsepsiyası, Agentliyin uğurları, icra etdiyi layihə və proqramlar barədə geniş məlumat verib.

BSTA nümayədələri DOST Agentliyinin fəaliyyətini böyük maraqla qarşılayıb, DOST modelinin BSTA platforması vasitəsilə digər ölkələrə çatdırılacağını bildiriblər.

Qeyd ediblər ki, Azərbaycanın dövlət sosial xidmətlərinin göstərilməsi sahəsindəki nailiyyətlərini digər ölkələrə nümunə kimi göstərmək üçün DOST Agentliyi müxtəlif vebinar, seminar və konfranslara cəlb ediləcək.

Görüş zamanı DOST Agentliyinin BSTA-ya üzvlüyü, eləcə də qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb.

BSTA 160 ölkədən 320 sosial sığorta və sosial təminat qurumunu özündə birləşdirən aparıcı beynəlxalq təşkilatdır.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?