veten informasiya agentliyi

Diaspor fəalları Prezident İlham Əliyevin Qırğızıstana səfəri barədə təəssüratlarını bölüşüblər

Tarix:26-10-2022, 16:16
Baxış Sayı:123

Diaspor fəalları Prezident İlham Əliyevin Qırğızıstana səfəri barədə təəssüratlarını bölüşüblər
Diaspor fəalları Prezident İlham Əliyevin Qırğızıstana səfəri barədə təəssüratlarını bölüşüblər
Diaspor fəalları Prezident İlham Əliyevin Qırğızıstana səfəri barədə təəssüratlarını bölüşüblər

Qırğızıstanda yaşayan Azərbaycan icmasının üzvləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Bişkekə rəsmi səfərini unudulmaz an və böyük tarixi hadisə kimi qiymətləndiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda “Azeri” İctimai Birliyinin sədri, Qırğızıstanın əməkdar hüquqşünası Əzizağa Əliyev bildirib ki, Azərbaycanın dövlət başçısının Qırğızıstana ilk rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin nə qədər vacib olduğunu bir daha təsdiqləyib.

Qeyd olunub ki, Qırğızıstanda yaşayan, əksəriyyəti repressiyaya məruz qalanların nəslindən olan 20 mindən çox azərbaycanlını birləşdirən “Azəri” İctimai Birliyi mötəbər qonağı qəbul etmək üçün Qırğızıstan tərəfinin hazırladığı mədəni proqramın bütün tədbirlərində fəal iştirak edib.

Qırğızıstan-Azərbaycan Dostluq Parkının təntənəli açılışı zamanı Azərbaycan diasporunun nümayəndələri Prezident İlham Əliyevi ana dilində “Qırğızıstana xoş gəlmisiniz!”, “Siz layiqli lidersiniz!”, “Qırğızıstan və Azərbaycan əbədi dost və qardaşdır!” şüarları ilə salamlayıb. Soydaşlarımız Azərbaycanın böyük şəxsiyyətləri Nizami Gəncəvi və Heydər Əliyevin adını daşıyan ümumtəhsil məktəblərinin açılışında iştirak edərək, tarixi Vətənimizin vəsaiti hesabına tikilmiş, minlərlə qırğız uşağına bilik bəxş edəcək bu təhsil ocaqlarının fəaliyyətə başlamasına görə xüsusi qürur hissi keçiriblər. Eyni zamanda birlik bu tədbirlərdə Qırğızıstan Xalqları Assambleyasını təşkil edən diaspor nümayəndələrinin iştirakını və Azərbaycan rəqslərini ifa edən milli geyimli rəqs qrupunun çıxışını təşkil edib.

Qırğızıstanın televiziya kanallarına müsahibələrində birlik üzvləri Qırğızıstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsində və inkişafında Azərbaycan diasporunun oynadığı rola diqqəti cəlb ediblər. Bu proqramlarda 47 saylı Bişkek məktəbinin şagirdi, istedadlı skripka ifaçısı Mehmanəli Rzayevin ifasında Azərbaycan musiqisi də səsləndirilib.

Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Xaldan kənd kompleks tam orta məktəbinə kitablar ianə edilib
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Xaldan kənd kompleks tam orta məktəbinə kitablar ianə edilib
Yevlax məktəblilərinin direktor və fənn müəllimləri ilə görüş
Yevlax məktəblilərinin direktor və fənn müəllimləri ilə görüş
Təhsil sektorları arasında intellektual çempionat keçirilib
Təhsil sektorları arasında intellektual çempionat keçirilib
Binəqədi rayonunda vətəndaşlar son bir neçə gün ərzində 5 ədəd tapança və 1 ədəd avtomatı könüllü polisə təhvil veriblər
Binəqədi rayonunda vətəndaşlar son bir neçə gün ərzində 5 ədəd tapança və 1 ədəd avtomatı könüllü polisə təhvil veriblər
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 6 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 6 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, 6 odlu silah isə könüllü təhvil verilib
Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, 6 odlu silah isə könüllü təhvil verilib