veten informasiya agentliyi

İlahiyyat İnstitutu beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir

Tarix:24-10-2022, 17:41
Baxış Sayı:179

İlahiyyat İnstitutu beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
İlahiyyat İnstitutu beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
İlahiyyat İnstitutu beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfəri zamanı Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və Müqəddəs Taxt-tacın nümayəndəsi, Vatikanın bu ölkədəki BMT təsisatlarında səfiri, arxiyepiskop Fortunatus Nwachukwu ilə görüşüb.
Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov ilə görüşü zamanı rektor A.Şirinov bildirib ki, ölkəmizdə mövcud multikultural və tolerant mühitin dünyaya tanıdılması, Aİİ-nin beynəlxalq əlaqələrinin genişləndirilməsi ali təhsil müəssisəsi qarşısında dayanan əsas istiqamətlərdən biridir.
Qalib İsrafilov Aİİ-yə gələcək fəaliyyətində uğurlar arzulayıb, qarşıda duran məqsəd və hədəflərin həyata keçirilməsində ali təhsil müəssisəsinə əlindən gələn köməkliyi əsirgəməyəcəyini bildirib.
Aİİ rəhbəri Müqəddəs Taxt-tacın nümayəndəsi və Vatikanın Cenevrədəki BMT təsisatlarında səfiri, arxiyepiskop Fortunatus Nwachukwu ilə görüşündə Azərbaycanla Vatikan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə mühüm xidmətlər göstərdiyini vurğulayıb.
İnstitut rektoru Müqəddəs Taxt-tacın nümayəndəsinə ali təhsil müəssisəsi haqqında məlumat verib. Bildirib ki, Aİİ-də “Dinşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrə səmavi dinlər barədə ətraflı bilgi aşılanır.
A.Şirinov, həmçinin Azərbaycanda müxtəlif dinlərin, konfessiyaların və xalqların nümayəndələrinin mehriban şəraitdə, bir ailə kimi yaşadıqlarını diqqətə çatdırıb.
Daha sonra bildirilib ki, Azərbaycan torpaqlarının otuzillik işğalı zamanı erməni vandalları ibadət ocaqlarımızı yerlə-yeksan edib. Ermənilərin viran qoyduğu ərazilər 44 günlük Vətən Müharibəsi ilə işğaldan azad edildikdən sonra, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda əsaslı bərpa və quruculuq işləri aparılır.
Müqəddəs Taxt-tacın nümayəndəsi və Vatikanın Cenevrədəki BMT təsisatlarında səfiri, arxiyepiskop Fortunatus Nwachukwu ölkəmizdə mövcud tolerant mühitə heyran qaldığını, belə multikultural mühitin dünyaya nümunə olduğunu vurğulayıb.
Arxiyepiskop Heydər Əliyev Fondunun və şəxsən Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Vatikandakı Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpa edilməsini minnətdarlıq hissi ilə yad edib və bildirib ki, bu, Azərbaycan dövlətinin tolerantlıq prinsiplərinə sadiqliyinin təcəssümüdür.
Görüş müzakirələrlə davam edib.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə