veten informasiya agentliyi

Rotterdamda “Bayraq tariximizdən…” mövzusunda konfrans keçirilib

Tarix:18-10-2022, 18:06
Baxış Sayı:305

Rotterdamda “Bayraq tariximizdən…” mövzusunda konfrans keçirilib
Rotterdamda “Bayraq tariximizdən…” mövzusunda konfrans keçirilib
Rotterdamda “Bayraq tariximizdən…” mövzusunda konfrans keçirilib
Rotterdamda “Bayraq tariximizdən…” mövzusunda konfrans keçirilib


Niderlandın Rotterdam şəhərində “Bayraq tariximizdən…” mövzusunda konfrans keçirilib.

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) “Qarabağ” ofisində baş tutan tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca ölkəmizin dövlət müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və Ermənistanın müharibə cinayətləri qurbanı olmuş mülki şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tədbirin məram və məqsədlərindən danışıb. Eyni zamanda Türkiyənin şimalında – Amasrada mədən qəzasında həlak olan şaxtaçılarla bağlı bağlı qardaş türk xalqına başsağlığı verib.

Məruzəçi qismində çıxış edən BAK sədrinin müavini Sima Cəfərova Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlərin və onlara məxsus bayraqların tarixi barədə ətraflı məlumat verib. Xalqımıza məxsus tarixi irsin bədxah qüvvələr tərəfindən talan edilməsinə baxmayaraq, bu irsin yox olmasına imkan verilmədiyini nəzərə çatdıran S.Cəfərova “İrəvan Komitəsi“ İctimai Birliyinin sədri Tofiq Həsənovun tərtib etdiyi İrəvan xanlığının xəritəsini və eramızdan əvvəl Azərbaycan ərazisində mövcud olan dövlətlərin bayraqlarını nümayiş etdirib.

Konfransa videobağlantı vasitəsilə qatılan Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Həqiqət Hacıyeva müasir və müstəqil Azərbaycan Respublikasının bayrağı tarixi barədə danışıb, bu bayrağın Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinin bərpa olunması mücadiləsində oynadığı rola diqqəti cəlb edib.

BAK sədrinin müavini Sima Cəfərovanın təşşəbbüsü və təşkilatçılığı ilə keçirilən konfrasda Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlıları Qadınları Birliyinin və digər diaspor təşkilatlarının üzvləri, diaspor fəalları və müxtəlif ölkələrdən gələn qonaqlar iştirak ediblər.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?