veten informasiya agentliyi

26 yaşlı Azərbaycan əsilli xanım İsveçin yeni hökumətində nazir vəzifəsinə təyin olunub

Tarix:18-10-2022, 17:50
Baxış Sayı:218

26 yaşlı Azərbaycan əsilli xanım İsveçin yeni hökumətində nazir vəzifəsinə təyin olunub

Azərbaycan əsilli Romina Purmoxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub.

Baş nazir Ulf Kristersson hökumətinin 18 oktyabr 2022-ci il tarixində açıqlanan tərkibində yer alan 27 yaşlı soydaşımız İsveç tarixində ən gənc nazir hesab olunur.

Romina Purmoktari 12 noyabr 1995-ci ildə Stokholm qraflığının Sundbyuberq dairəsində anadan olub. Upsala Universitetini bitirib. 2019-cu ildən Liberallar Partiyasının İdarə Heyətinin həmsədridir. 2022-ci ildə İsveçdə keçirilən parlament seçkilərində Stokholm dairəsi və Stokholm bələdiyyəsinin seçki dairələrində deputatlığa namizəd olub. Seçkilərdə yaxşı nəticə göstərən gənc liberal qalib gəlib.

Qeyd edək ki, Rominanın atası İbrahim Purmoxtari vaxtilə Təbrizdən İsveçə mühacirət edib, bir neçə il öncə vəfat edib.

Diasporla İş üzrə Dövlət Komitəsi gənc soydaşımızı bu məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edir, gələcək siyasi karyerasında davamlı uğurlar əldə etməyi arzulayır.

Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq