veten informasiya agentliyi

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının illik ümumi yığıncağı baş tutdu

Tarix:12-10-2022, 17:04
Baxış Sayı:335

Bu gün Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının illik ümumi yığıncağı keçirildi və görüşdə Federasiyaya üzv olan yaradıcı sahələri təmsil edən assosiasiya və birliklər, kreativ şirkətlərin nümayəndələri və yaradıcı sahələrdə çalışan fərdi sahibkarlar iştirak etdi.  
İlk olaraq, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə Federasiya üzvlərini salamladı və ölkəmizdə son illərdə yaradıcı sənayelərin inkişafı istiqamətində görülən işlərdən, bu sahədə dövlət-özəl tərəfdaşlığı ilə baş tutmuş tədbirlər və layihələrdən bəhs etdi, eləcə də yaradıcı sənayelərin inkişafı ilə əlaqədar qarşıda dayanan hədəflər və öhdəliklər barədə iştirakçılara məlumat verdi. Xüsusi olaraq, yaradıcı sənaye sahələri üzrə aktiv təşkilatlanma proseslərindən bəhs edərək, son illərdə neçə-neçə yeni yaradıcı birliklər və müasir assosiasiyaların yaradıldığını, dövlət qeydiyyatına alındığını qeyd etdi, həmçinin buna paralel olaraq sahəvi məsələlərin həllində tərəfdaşlıq mexanizmlərinin daha da asanlaşdırılmasından və bu yolla birgə bir neçə ortaq təşəbbüslərin, layihələrin və tədbirlərin uğurla baş tutduğunu iştirakçıların diqqətinə çatdırdı.
Ardından, Federasiyanın İdarə heyətinin sədr müavini Telman Məlikzadə Federasiya üçün Britaniyalı ekspertlərlə birgə hazırlanmış təşkilati strategiya haqqında məlumat verdi və strateji istiqamətlər (təşkilatdaxili, xarici və sektoral) üzrə nəzərdə tutulan fəaliyyətlər haqqında vacib məqamları qeyd etdi. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinin yaradıcı sənayelərin inkişafı üzrə müvafiq fəaliyyətlərin icrasında məsul qurumlarla birgə yaradıcı sənaye təmsilçilərinin də aktiv birgə iştirakda rol almasının vacibliyini qeyd etdi.
Sonra, Federasiya üzvləri ilə təşkilati məsələlər, yaradıcı sənayelərdə fəaliyyət göstərən təşkilatların fəaliyyətləri, yeni yaranmış təşkilatların üzləşdiyi çətinliklər, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirə aparıldı və ayrı-ayrı sahələrə dair aktual məsələlər ətrafında tövsiyə və təkliflər səsləndirildi.
Sonda, müzakirə predmeti olaraq görüşdə səsləndirilən aktual təklif və tövsiyələr əsasında Federasiya üzvləri tərəfindən müvafiq qurumlara müraciətlərin hazırlanıb göndərilməsi razılaşdırıldı.
Yığıncaqda Moda Dizaynerləri birliyi, Marketinq Peşəkarları birliyi, “Sintetik” ictimai birliyi, Gilavar Foto Klubu, Azərbaycan Animasiya Assosiasiyası, Arts Council Azerbaijan, Endorphin reklam agentliyi, ”Next Group”, “Veb Koder”, “INNOVAMEDIA”, “Fərəh-Rövşən”, “Qlobal Kommunikasiyalar və İnnovasiyalar”, Education HUB, “Narimanfilm”,“FİL AGENCY”, “Facemark” şirkətlərinin və ƏSA teatrının nümayəndələri, eləcə də Federasiyaya fərdi qaydada üzv olmuş yaradıcı peşəkarlar və sənətkarlar iştirak etmişdir.

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM