veten informasiya agentliyi

Quba Ziyalıları müraciət etdi

Tarix:7-10-2022, 22:58
Baxış Sayı:793

Quba Ziyalıları müraciət etdi

Quba Dövlət Sosial–İqtisadi Kollecinin bir qrup əməkdaşı Xəbərlər İnformasiya Agentliyinə (xeberleragentliyi.com saytına) müraciət ünvanlayıb. Müraciətin dəyərli oxucularımız üçün maraq doğuracağını nəzərə alaraq dərc eləmək qərarı verdik.
"Hörmətli Redaksiya!
Yazıb Sizə bildiririk ki, işlədiyimiz kollecə direktor gəlmək istəyən  Yusif Abidov Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən  işindəki  ciddi nöqsanlara görə çıxarılmışdır. Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin Quba şöbəsinə göndərilmək üçün Nazir onun əmrini vermişdir. Lakin onun fəaliyyətini ətraflı öyrənərək iki saatdan sonra verdiyi əmri ləğv etmişdir. Bundan başqa Y.Abidov 6 ay Quba Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini icra etmişdir. Bu müddətdə etdiyi saxtakarlıqlara görə Respublika Prokurorluğu yanınada Korrupsiyaya Qarşı Baş  İdarəsində ona qarşı cinayət işi açılmışdır. Elə buna görə də Təhsil Naziri onu Təhsil Şöbəsinin müdiri vəzifəsinə təsdiq etməmişdir.
       Yusif Abidov YAP Quba rayon təşkilatının sədri vəzifəsindən işində yol verdiyi nöqsanlara görə qovulmuşdur.
        Bu vəzifələr Ramiz Mehdiyev və onun kürəkəni İlham Əliyev tərəfindən Yusif Abidova "etimad" kimi göstərilmişdir. Artıq Yusif Abidovun Quba rayon ictimaiyyəti arasında heç bir hörməti yoxdur. Yusif Abidovun bu əməlləri işlədiyi dövrdə dəfələrlə kütləvi informasiya vasitələrində ifşa olunub. Amma havadarları tərəfindən özünü toxunulmaz kimi tanıdıb.
    Bu gün Yusif Abidovun 100 illik tarixi olan Quba Dövlət Sosial- İqtisadi kollecinə direktor göndərilməsini kollektiv olaraq qəbul etmirik və bunu özümüzə təhqir hesab edirik. Bu barədə kollektivimiz öz fikirlərini Elm və Təhsil Nazirliyinə də çatdırmışdır. Kollektiv olaraq hesab edirik ki, kollec direktorluğu Yusif Abidovun yeri deyil. Təzə tapdığı havadarlarına çatdırırıq ki, belə bir savadsız, rayon ictimaiyyəti arasında nüfuzu olmayan, təhsil işini bazara çevirən Azərbaycan dilini danışanda təhrif edən və Azərbaycan dilinin qrammatikasını bilməyən Yusif Abidovu əbəs yerə müdafiə edirlər. Belə müdafiələr bu dəfə keçməyəçəkdir. Təhsili hörmətdən salmaq olmaz.
        Hazırda Xəbərlər İnformasiya Agentliyi (xeberleragentliyi.com saytı) tərəfindən Yusif Abidovun fəaliyyəti ətraflı araşdırılır. Biz aşağıda imza atan Quba Dövlət Sosial- İqtisadi Kollecinin 60-dan yuxarı üzvü də xahiş edirik ki, Yusif Abidovun "bu zamana qədər olan fəaliyyəti" daha geniş araşdırılsın və ictimaiətə daha dolğun informasiyalar verilsin. Araşdırmalara görə saytınızın kollektivinə öz minnətdarlığımızı bildiririk.

Redaksiyadan:
Bildiririk ki, araşdırmalarımız davam edir və gələcəkdə də yeni informasiyalarımızı oxucularımızın diqqətinə çatdıracağıq.
    
 

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər