veten informasiya agentliyi

Millət vəkili Könül Nurullayeva növbəti səyyar görüşünü keçirib

Tarix:5-10-2022, 15:35
Baxış Sayı:163

Millət vəkili Könül Nurullayeva növbəti səyyar görüşünü keçirib
Millət vəkili Könül Nurullayeva növbəti səyyar görüşünü keçirib

24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayevanın Nizami rayon sakinləri ilə görüşləri müntəzəm olaraq davam edir. Belə ki, millət vəkili K.Nurullayeva Cəmşid Naxçıvanski küçəsi 49, 51, 53, 55 və 59 ünvanlarında yaşayan seçiciləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik problemlər ilə yaxından tanış olub. Sakinləri narahat edən problemlərin aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.

K.Nurullayevanın qərargahından verilən məlumata görə, qaldırılan məsələlər əsasən binaların kanalizasiya sisteminin təmiri və istilik sisteminin bərpası, blokların işıqlandırılması, məhəllənin abadlaşdırılması və məhəllədə yerləşən ağaclara aqrotexniki qulluğun göstərilməsi, əlilliklə bağlı pensiyaların bərpa edilməsi, vətəndaşların işlə təmin olunması və s. ilə bağlı olub.

Qeyd edək ki, səyyar görüş sonunda sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.

Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq