veten informasiya agentliyi

Ermənistan öhdəliklərini pozaraq yenidən silahlanmağa çalışır

Tarix:30-09-2022, 13:12
Baxış Sayı:320

Xəbər saytlarında Ermənistanla bağlı bir sıra xəbərlər diqqətimi cəlb etdi. Ermənistan hökuməti 2023 dövlət büdcəsinin müzakirəsi zamanı hərbi xərclərin əhəmiyyətli dərəcədə artırılacağını qeyd etdi. 2023 Ermənistan ordusunun ( haykakan banak) hərbi xərcləri 1,3 milyard dollar təşkil edəcək . Ötən illərlə müqayisədə bu artım 2 dəfədən çox olmuşdur. Paşiniyan hökuməti ciddi səylə ordusunu yenidən formalaşdırmaq və yeni hərbi texniki vasitələrlə təmin etmək istəyir. Buna paralel olaraq Ermənistan Hindistandan 240 milyon dollar dəyərində hərbi məhsullar alacaq. Alınacaq hərbi məhsulların böyük bir hissəsini tank əleyhinə raket sistemləri və Pinka YARS təşkil edir. Pinka YARS 1991 ci ildən Hindistan ordusunun silahlanmasında mövcuddur. Təyinatı düşmənin canli qüvvəsini, yüngül zirehli və zirehli döyüş texnikasıni məhv etmək, hərbi infrastrukturu sıradan çıxartmaq, komanda qərargah məntəqələrinin məhv edilməsi üçün nəzərdə tutulub. Ermənistan bu sistemlərin ilk xarici istifadəçisi olacaq. Bundan əlavə İrəvan hökuməti digər silah tədarükçüsü olan dövlətlərə hərbi texniki vasitələrin alımı barəsində danışıqlar aparır. Paşiniyan hökuməti xüsusən istənilən halda və şəraitə hərbi vasitələrin çatdırılmasını təmin edəcək tədarükçülər axtarışındadır. İstənilən halda bütün bunlar Azərbaycanla ordusunun silahlanması ilə müqayisədə azdır ancaq düşmənin hər bir hərəkəti açıq şəkildə bizə qarşı yönəlmiş addımlardır. Düşmənin bu fəallığını diqqətə almamaq olmaz, düşməni kiçiltməkdə olmaz. Onların hər bir provokatif əməlləri lazımi cavabını alsada Azərbaycan əsgərinin hər bir fərdinin canı belə bizim üçün bütün Ermənistandan vacibdir.

Ana Vətən Partiyası Biləsuvar rayon təşkilatının sədri
Pərviz Mirizadə

Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış