veten informasiya agentliyi

Deputat mühafizəçini döydü - “Onu həbs etdirəcəyəm”/ Foto

Tarix:23-12-2016, 17:34
Baxış Sayı:555

Deputat mühafizəçini döydü - “Onu həbs etdirəcəyəm”/ Foto

















Milli Məclisin deputatı İqbal Məmmədov vətəndaşı döyüb

Redaksiyamız xəbər verir ki, bu barədə məlumatı gününsesi.info saytı yayıb. Saytın yazdığına görə, hadisə Xətai rayonunun Fəzail Bayramov 11/56 ünvanında qeydə alınıb. Belə ki, deputat sözügedən ünvanda "Sahil-D” Company şirkətinin inşa etdiyi yaşayış binasına daxil olaraq orada mənzil aldığını və həmin mənzil üçün qapı gətirdiyini deyib. Lakin binanın mühafizəçisi Ramazan Piriyev deputata şirkətin icraçı direktoru Adil Hüseynovu gözləməyi məsləhət görüb.

Mühafizəçinin bu sözündən qəzəblənən deputat ona yaxınlaşaraq, sillə ilə üzünə bir neçə dəfə vurub və təhqir edib.

Ramazan Piriyev DİN-nin 102 xidmətinə zəng edib.

Hadisə yerinə polis əməkdaşları gələrkən, İqbal Məmmədov 10 AA 715 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobilinə əyləşərək, oranı tərk edib.

İqbal Məmmədov daha sonra şirkətin icraçı direktoruna zəng edərək, onları hədələyib: "Zəng edib bildirir ki, əgər bu məsələ mediaya çıxacaqsa, Ramazan Piriyevi həbs etdirəcəyəm”.

İqbal Məmmədov açıqlamasında məsələni təkzib edib: "Kim deyir bunu sizə? Belə bir şey olmayıb. Deputat niyə vətəndaşı vurmalıdır? Mənim heç nədən xəbərim yoxdur. Mən ora bir dostumla getmişəm. Söhbət edib qayıtmışam… Onlar böhtan atır. Sizə də məsləhət görürəm ki, burada yazılacaq nəsə yoxdur. Gedin başqa mövzulardan yazın”.


Deputat mühafizəçini döydü - “Onu həbs etdirəcəyəm”/ Foto

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında