veten informasiya agentliyi

ABŞ mətbuatında Ermənistanın son hərbi təxribatından bəhs edilib

Tarix:20-09-2022, 15:54
Baxış Sayı:173

ABŞ mətbuatında Ermənistanın son hərbi təxribatından bəhs edilib

ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “Azərbaycan onun Qərbə neft tədarükünü sabotaj etmək məqsədi daşıyan Ermənistanı hərbi əməliyyatları bərpa etməkdə ittiham edir” sərlövhəli məqalə dərc olunub.
Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə ötən həftə Ermənistan-Azərbaycan sərhədində baş vermiş qanlı toqquşmalardan sonra Ermənistana səfər etmiş ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin zorakılığın artmasında Azərbaycanı günahlandırmasına əsaslı etiraz bildirilib.
Məqalədə Dona Qrasiya Diplomatiya Mərkəzinin Məşvərət Şurasının üzvü, professor Yusuf Siriyet Atkana istinadən qeyd olunub ki, Pelosinin mövqeyi qərəzlidir və Ermənistan bu müharibəni Qərbi Azərbaycandan uzaqlaşdırmaq üçün başlayıb. Ermənistanın Ukrayna müharibəsindən sonra Azərbaycan enerjisinə Rusiya enerjisinin alternativi kimi baxan Avropa ilə Bakı arasında potensial enerji əməkdaşlığına mane olmaq üçün təxribatlar törətməsi ehtimalı istisna olunmur. Məqalə müəllifi bu xüsusda 2015-ci ilin sentyabrında Dağlıq Qarabağdakı oyuncaq rejimin “müdafiə naziri” Levon Mnatsakanyanın Bakı-Tbilisi-Ceyhan kəməri ilə bağlı sözlərinə istinad edib: “Bu, Azərbaycan üçün çox ciddi maliyyə resursudur və biz onu bu vəsaitlərdən məhrum etməliyik”. 2020-ci ildə Tovuz hadisələri zamanı təcavüzkar Ermənistanın məhz BTC-ni hədəfə aldığını bəyan etdiyi də məqalədə qeyd olunub.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jewishpress.com/news/global/europe/ukraine/azerbaijan-accuses-armenia-of-renewing-hostilities-to-sabotage-its-oil-sales-to-the-west/2022/09/19/

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb